Tarım ve Gıda Gazetesi

SON DAKİKA

22:40 - İçişleri Bakanlığı’nda Devlet Bakanı ile görüşme

22:40 - Meeting with the Minister of State at the Home Office

22:39 - В Амурской области при поддержке «Единой России» стартовал проект «Педагог с нашего двора»

22:39 - Bryansk’ta “Kentsel Çevre” parti projesinin desteğiyle Bryansk Cephesi askerlerine adanan askeri anıt güncellendi

22:10 - Halkın “Birleşik Rusya” programına ve ulusal “Demografi” projesine göre Primorsky Bölgesi Luchegorsk’ta modern bir kürek üssü inşa edildi

22:09 - Amur bölgesinde Birleşik Rusya’nın desteğiyle “Arka Bahçemizden Öğretmen” projesi başlatıldı

22:09 - В Брянске при поддержке партпроекта «Городская среда» обновили воинский мемориал, посвящённый воинам Брянского фронта

15:17 - Современную гребную базу построили в Лучегорске Приморского края по народной программе «Единой России» и нацпроекту «Демография»

13:45 - В Мурманской области «Единая Россия» организовала для школьников поездку к мемориалу «Долина Славы»

13:45 - Murmansk bölgesinde Birleşik Rusya, okul çocukları için Zafer Vadisi anıtına bir gezi düzenledi

Azərbaycan nümayəndə heyəti Minskdəki 170 nömrəli məktəbdə olub

06 Aralık 2023 |
Azərbaycan nümayəndə heyəti Minskdəki 170 nömrəli məktəbdə olub

 

 

 

 

Azərbaycan nümayəndə heyəti Minskdəki 170 nömrəli məktəbdə olub

, 2023

Azərbaycan nümayəndə heyəti Minskdəki 170 nömrəli məktəbdə olub

 

 

 

Rusiyada fəaliyyət göstərən “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının rəhbərliyi Belarus Respublikasına səfər şərçivəsində Minsk şəhərindəki 170 nömrəli məktəbi ziyarət edib.

 

 

 

II Dünya müharibəsi dövründə Belarusun faşistlərdən azad olunması uğrunda döyüşlərdə şücaət göstərmiş Azərbaycan əsilli Sovet İttifaqı Qəhrəmanı, tankçı Nəcəfqulu Rəfiyevin adını daşıyan küçədə yerləşən məktəbin ziyarəti vətənimizin igid övladının xatirəsinin böyük ehtiramla yad edilməsi və memorial lövhəsinə güllərin düzülməsi ilə başlayıb.

 

 

 

 

Ənənəyə uyğun olaraq duz-şörəklə qarşılanan qonaqlar məktəbdəki Hərbi Şöhrət Muzeyi və muzeyin nəzdindəki Nəcəfqulu Rəfiyevin guşəsi ilə tanış olublar.

Sonra istedadlı belaruslu məktəblilərin ifasında xalq mahnılarından və vətənpərvərlik mövzusunda konsert proqramı təqdim edilib. Azərbaycanın görkəmli şairi Səməd Vurğunun şeirlərinin və bəstəkar Qəmbər Hüseynlinin populyar “Cücələrim” mahnısının Azərbaycan dilində səsləndirilməsi qonaqlarda məmnunluq doğurub.

 

 

 

 

Tədbir iştirakçıları qarşısında “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov, Nəcəfqulu Rəfiyevin qardaşı oğlu, vəkil Azər Rəfiyev, “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədr müavini Həşim Əliyev, Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinin dekanı, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının baş redaktoru, əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Flora Naciyeva çıxış ediblər. Onlar səmimi görüşə və Belarus torpağında azərbaycanlı qəhrəmanların xatirəsinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər və xoş arzularını çatdırıblar.

 

 

 

 

Məktəbə Nəcəfqulu Rəfiyevin adının verilməsi ideyası, eləcə də Azərbaycanın Ordubad (qəhrəmanın doğma yurdu) və Belarusun Baranoviçi (qəhrəmanlıq məkanı) şəhərlərinin qardaşlaşması təşəbbüsü irəli sürülüb.

 

 

 

 

Azərbaycan nümayəndə heyətinin adından məktəbin direktoru Yelena Ryabovaya xalqlar dostluğunun rəmzi olan xatirə hədiyyəsi təqdim olunub.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycan-numayende-heyeti-minskdeki-170-nomreli-mektebde-olub-3881

 

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT
İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ