11:01 - Bakan Yardımcısının Suudi Arabistan Büyükelçisi ile görüşmesi
10:13 - Поиск путей взаимодействия и открытый диалог: в Сочи прошёл симпозиум стран БРИКС и Европы
08:36 - Cumhurbaşkanı, Macaristan Devlet Meclisi Başkanı Laszlo Kövér ile görüştü
00:32 - Президент Мажарстанның Мемлекеттік жиналыс Төрағасы Ласло Kёвермен кездесті
22:55 - Президент провел встречу с Председателем Государственного собрания Венгрии Ласло Кёвером
20:30 - Millət vəkili Məşhur Məmmədov, “YAP – Siyasi sabitlik, davamlı inkişaf, ÖZEL
19:41 - В Рязанской области создали региональный Совет первичных отделений «Единой России»
“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı ilə diaspor nümayəndələrinin Şuşaya 12-ci səfəri gerçəkləşib
2024
https://x.com/DiasporaAz/status/1816704963021611140
“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı ilə diaspor nümayəndələrinin Şuşaya 12-ci səfəri gerçəkləşib
https://x.com/DiasporaAz/status/1816704963021611140
Tətillərini Azərbaycanda keçirməyə üstünlük verən diaspor nümayəndələrinin mədəniyyət paytaxtımız Şuşaya 12-ci səfəri baş tutub.
https://x.com/DiasporaAz/status/1816704963021611140
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində on ikinci dəfə gerçəkləşən səfərdə 27 ölkədən 140 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edib.
https://x.com/DiasporaAz/status/1816704963021611140
Səfər zamanı Cıdır düzü, Molla Pənah Vaqifin məqbərəsi, Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, Gəncə Qapısı, “Güllələnmiş heykəllər”in yerləşdirildiyi meydan və digər görməli yerlər ziyarət edilib. Diaspor nümayəndələrinə Qarabağın incisi olan Şuşada aparılan yenidənqurma və abadlıq işləri ilə bağlı məlumat verilib.
Diaspor nümayəndələri Cıdır düzündə Dövlət Himninin sədaları altında Azərbaycan bayrağı açıb, “Qarabağ Azərbaycandır!” şüarı səsləndiriblər. Gəncə Qapısı önündə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib. Onlar bu xoşbəxtliyi xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələrdə xaricdə yaşayan soydaşlarımızın hər il tarixi vətənlərini, xüsusilə də azad edilmiş torpaqlarımızı ziyarət etməsinin önəminə diqqət cəlb edilib.
Komitənin təşkilatçılığı ilə “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfərlər Azərbaycan diaspor tarixinin ən mühüm hadisələrindən biridir.
Bundan başqa, Komitə mütəmadi olaraq beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında böyük rol oynayan xarici jurnalistlərin və elm adamlarının Şuşaya, eləcə də işğaldan azad edilmiş digər rayonlara səfərlərini təşkil edir.
FOTO QALEREYA
https://x.com/DiasporaAz/status/1816704963021611140
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/biz-demir-yumrugun-gucu-ile-susadayiq-suari-ile-diaspor-numayendelerinin-susaya-12-ci-seferi-gerceklesib-4960
https://x.com/DiasporaAz/status/1816704963021611140