Tarım ve Gıda Gazetesi

SON DAKİKA

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

20:15 - ASFA HOLDİNG YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

Yuta ştatındakı Azərbaycan və türk icmaları bir araya gəlib

25 Ocak 2023 |
Yuta ştatındakı Azərbaycan və türk icmaları bir araya gəlib

 

 

 

Yuta ştatındakı Azərbaycan və türk icmaları bir araya gəlib

, 2023

Yuta ştatındakı Azərbaycan və türk icmaları bir araya gəlib

ABŞ-ın Yuta ştatının Solt-Leyk-Siti şəhərində fəaliyyət göstərən Azərbaycan və türk icmalarının üzvlərinin ölkəmizin ABŞ-dakı səfiri Xəzər İbrahimlə görüşü baş tutub.

Tədbir Yuta Azərbaycan Dostluq Təşkilatının sədri Əsmər Qarayevanın təşkilatçılığı ilə Dünya Ticarət Mərkəzində baş tutub.

Görüş 20 Yanvar faciəsinin 33-cü ildönümü ərəfəsində keçirildiyi üçün öncə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş 20 Yanvar və Qarabağ şəhidlərinin xatirəsi ehtiramla yad edilib.

Sonra səfir icma fəalları ilə tanış olub, Yuta ştatı ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində görüləcək işlərlə bağlı soydaşlarımızın fikirlərini dinləyib.

Tədbirdə Yuta Azərbaycan Dostluq Təşkilatının üzvləri Əsmər Qarayeva, İlqar Qasımov, Faiq Səfərli, Yuta Universitetinin professoru Hakan Yavuz və Yuta Türk Amerika Assosiasiyasının rəhbəri Pınar Bayram Toydemir çıxış ediblər.

Müzakirələr zamanı Yuta Azərbaycan Dostluq Təşkilatının son birillik fəaliyyətinə həsr olunmuş hesabat xarakterli videoçarx təqdim edilib. Yuta Azərbaycan Dostluq Təşkilatının və Yuta Türk Amerika Assosiasiyasının birgə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində təşkil edilən anım guşəsində 20 Yanvar faciəsindən bəhs edən kitablar və bukletlər nümayiş etdirilib.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/yuta-statindaki-azerbaycan-ve-turk-icmalari-bir-araya-gelib-2223

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ