07:46 - Meeting with the Director General of the Finnish Meteorological Institute
06:09 - Владимир Якушев: «Единая Россия» и ВАРМСУ подписали соглашение о сотрудничестве
02:07 - Birleşik Rusya ve Rostelecom Zafer Diktesi için Hazırlık Kursunu Başlattı
22:05 - Peker’e sahte kimlik düzenleyen 10 polis tutuklandı Sedat Pekerin diploması sahte mi O zaman?
18:03 - «Единая Россия» проводит неделю приёмов граждан по вопросам защиты прав в трудовой сфере
15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret
10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek
Yerusəlimdə azərbaycanlı rejissorun “Ananın duası” filmi göstərilib.
Yerusəlimdə azərbaycanlı rejissorun “Ananın duası” filmi göstərilib
2024
Yerusəlimdə azərbaycanlı rejissorun “Ananın duası” filmi göstərilib
https://x.com/DiasporaAz/status/1842199393669169408
Yerusəlimin rus kitabxanasında azərbaycanlı rejissor Rüfət Əsədovla görüş keçirilib. Görüşdə Təl Əviv Dağ Yəhudiləri Cəmiyyətinin rəhbəri ravvin Şmuel Simantov, “AZİZ” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının üzvləri, Yerusəlimin dağ yəhudilərinin tarixi və mədəniyyəti üzrə mütəxəssislər iştirak ediblər.
https://x.com/DiasporaAz/status/1842199393669169408
Görüşdə soydaşımızın dağ yəhudiləri haqqında çəkdiyi bir sıra filmlər, o cümlədən “Quba yəhudiləri”, “Əgər səni unutsam, Yerusəlim”, “Kənddə sonuncu yəhudi”, “Ananın duası” və “Mənim dostum Meir” filmləri müzakirə edilib. Sonra rejissorun yeni ekran əsəri olan “Ananın duası” filmi göstərilib. Film İsraildə yaşayan və dağ yəhudiləri sinaqoqu “Or-Ovadya”nın yaradıcısı ravvin Şmuel Simantovla, anası Batiya Simantovanın həyat və fəaliyyətindən bəhs edir.
https://x.com/DiasporaAz/status/1842199393669169408
Tədbirin bədii hissəsində musiqiçi Elxanan Axaronun ifasında Azərbaycan mahnıları səsləndirilib.
Sonda “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının icraçı direktoru Şaul Siman-Tov və Rüfət Əsədov yüksək səviyyəli görüşün keçirilməsinə görə tədbirin təşkilatçılarına minnətdarlığını, iştirakçılara isə təşəkkürünü bildirib.
Qeyd edək ki, Rüfət Əsədov San Fransisko, Zaqreb, Strasburq, Münhen, Nyu-York, Moskva, Çikaqo, Los Anceles, London, Helsinki və digər şəhərlərdə keçirilən bir sıra beynəlxalq kino festivallarının iştirakçısıdır. O, ümumilikdə 60-dan çox sənədli və bədii filmin ərsəyə gəlməsində yaxından iştirak edib.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1842199393669169408
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/yeruselimde-azerbaycanli-rejissorun-quot-ananin-duasi-quot-filmi-gosterilib-5137
https://x.com/DiasporaAz/status/1842199393669169408