Tarım ve Gıda Gazetesi

SON DAKİKA

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

20:15 - ASFA HOLDİNG YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

Xarici işlər naziri Ceyhun Bayramovun Macarıstan diplomatik nümayəndəlik rəhbərlərinin konfransında çıxışına dair mətbuat məlumatı

06 Eylül 2023 |
Xarici işlər naziri Ceyhun Bayramovun Macarıstan diplomatik nümayəndəlik rəhbərlərinin konfransında çıxışına dair mətbuat məlumatı

 

 

 

No:460/23, Xarici işlər naziri Ceyhun Bayramovun Macarıstan diplomatik nümayəndəlik rəhbərlərinin konfransında çıxışına dair mətbuat məlumatı

 

 

 

4 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan diplomatik nümayəndəlik rəhbərlərinin illik konfransında çıxış edib, Azərbaycan-Macarıstan münasibətləri, bölgəmizdə cari vəziyyət, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin şaxələndirilməsi, Azərbaycan-Ermənistan arasında post-münaqişə normallaşma prosesi barədə çoxsaylı sualları cavablandırıb.

 

 

 

Nazir Ceyhun Bayramov ötən il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edən, möhkəm dostluğa, ümumi dəyər və maraqlara, habelə çoxşaxəli əməkdaşlığa əsaslanan Azərbaycan – Macarıstan münasibətlərinin bu gün sürətlə inkişaf edərək çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bir çox cəhətdən nümunəvi olduğunu bildirib. Səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının keçirilməsini məmnunluqla vurğulayıb.

 

 

 

Yüksək səviyyəli siyasi dialoqun iqtisadi əməkdaşlığımızın inkişafı üçün əlverişli baza yaratdığını, İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın mütəmadi iclaslarının iqtisadiyyat, enerji, ticarət və investisiyalar sahələrində əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bir sıra Macarıstan şirkətlərinin ölkəmizdə fəal fəaliyyətini təqdir edən nazir Ceyhun Bayramov həmçinin digər sektorlarda, o cümlədən turizm, əczaçılıq və s. sahələrdə ikitərəfli iqtisadi əlaqələrimizin genişləndiyini diqqətə çatdırıb.

 

 

 

Azərbaycanın regional miqyasda əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə böyük əhəmiyyət verdiyi, bu çərçivədə, ölkəmizin digər platformalarla yanaşı Avropa İttifaqı (Aİ) ilə siyasi əməkdaşlıq, regional təhlükəsizlik, enerji tərəfdaşlığı, eləcə də bağlantı və sektor məsələləri daxil olmaqla qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq apardığı bildirilib. Macarıstanın 2024-cü ilin II yarısında Aİ Şurasında sədrliyi dövründə Azərbaycan-Aİ əməkdaşlığına, o cümlədən Azərbaycan ilə Aİ arasında Strateji Tərəfdaşlıq haqqında Saziş layihəsi üzrə aparılan danışıqlara dəyərli töhfə verəcəyinə əminlik ifadə olunub.

 

Həmçinin Ukraynadakı müharibədən sonrakı regional geosiyasi vəziyyət fonunda Mərkəzi Asiyadan Xəzər dənizi və daha sonra ölkəmizdən keçən nəqliyyat marşrutlarının aktuallığından söz açan nazir ölkəmizin nəqliyyat infrastrukturunun şaxələndirilməsinə və modernləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Ölkəmizin nəqliyyat infrastrukturuna böyük sərmayə qoyduğunu, Avropa ilə Asiya arasında ticarət və logistikanı gücləndirmək üçün bir sıra nəqliyyat infrastrukturu layihələrinin, o cümlədən əlverişli və təhlükəsiz alternativ olan Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun vacibliyini qeyd edib. Bu xüsusda, Orta Dəhliz daxilində daha da yaxşı əlaqəni artırmaq potensialına malik Zəngəzur dəhlizinin əhəmiyyətindən söz açılıb.

 

 

 

Ermənistanın Azərbaycana qarşı təcavüzü, Vətən müharibəsi, normallaşma gündəliyi barədə konfrans iştirakçıları məlumatlandırılıb. Nazir Ermənistanın öhdəliklərə zidd və dövlətlərarası normallaşma üçün əsas maneə olan Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsindən, davamlı hərbi təxribatlar, o cümlədən mina təhlükəsi, daxili işlərimizə daimi müdaxiləsindən, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməni əsilli yerli sakinlər arasında dialoqa maneçilik törətməsindən, beynəlxalq səviyyədə aparılan genişmiqyaslı qarayaxma kampaniyasından bəhs edib. Macarıstanın istər münaqişə zamanı, istərsə də ondan sonra Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstək yüksək qiymətləndirilib.

 

 

 

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarını öz siyasi, sosial, iqtisadi məkanına inteqrasiya etməkdə qətiyyətli olduğu, post-münaqişə dövründə misli görünməmiş bərpa və yenidənqurma işlərinə başladığı bildirilərək, bu kontekstdə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesində Azərbaycana dəstək verməyə hazır olduqları üçün macar dostlara minnətdarlıq ifadə olunub.

 

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no46023

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ