Tarım ve Gıda Gazetesi

SON DAKİKA

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

20:15 - ASFA HOLDİNG YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

Sankt-Peterburqda Heydər Əliyevin 100 illiyi təntənəli konsertlə qeyd edilib

08 Haziran 2023 |
Sankt-Peterburqda Heydər Əliyevin 100 illiyi təntənəli konsertlə qeyd edilib

 

 

 

Sankt-Peterburqda Heydər Əliyevin 100 illiyi təntənəli konsertlə qeyd edilib
2023
Sankt-Peterburqda Heydər Əliyevin 100 illiyi təntənəli konsertlə qeyd edilib

Rusiyanın Sankt-Peterburq şəhərindəki “Ledovıу” sarayında müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Yüzilliklər boyu dostluq” adlı təmtəraqlı qala-konsert keçirilib.

 

 

 

“Sankt-Peterburq və Leninqrad vilayətində Azərbaycan Milli-Mədəni Muxtariyyəti” şəhər ictimai təşkilatı tərəfindən təşkil edilən tədbirdə rəsmi şəxslər, yerli ictimaiyyətin müxtəlif təbəqələrinin və milli birliklərin təmsilçilərindən ibarət 12 min tamaşaçı iştirak edib. Qonaqlar arasında şəhərin qubernatoru Aleksandr Beqlov, Sankt-Peterburqun Qanunvericilik Məclisinin sədri Aleksandr Belski, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədr müavini Vaqif Seyidbəyov və başqaları olub.

Tədbir iştirakçılarını “Sankt-Peterburq və Leninqrad vilayətində Azərbaycan Milli-Mədəni Muxtariyyəti” şəhər ictimai təşkilatının sədri Vaqif Məmişov salamlayıb.

 

 

 

Tədbirdə çıxış edən Komitə sədrinin müavini V.Seyidbəyov şəhər ictimaiyyətini yubiley münasibətilə təbrik edib, bu il ölkəmizdə və dünyanın müxtəlif ölkələrində xalqımızın görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirildiyini bildirib. Bu mühüm hadisə ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyi nəzərə çatdırılıb. Sovet dövründə Heydər Əliyevin Moskvada yüksək vəzifələrindən birini tutduğunu xatırladan Komitə sədrinin müavini bildirib ki, böyük öndər Azərbaycan Prezidenti olduğu illərdə qonşu ölkə ilə ikitərəfli münasibətlərin inkişafı naminə misilsiz xidmətlər göstərib, Sankt-Peterburq şəhərinə də rəsmi səfərlər edib: “Hazırda Azərbaycan və Rusiya arasında qarşılıqlı münasibətlər yüksək səviyyədədir və bu münasibətlərin qurulmasının bünövrəsi Heydər Əliyev tərəfindən qoyulub. Dövlətlərimizin liderləri arasında dostluq münasibətləri də buna bariz nümunədir”.

Sədr müavini DİDK nümayəndə heyətinin möhtəşəm tədbirə dəvət olunmasına görə şəhər rəhbərliyinə, eləcə də Rusiyanın müxtəlif şəhərlərində “Heydər Əliyev İli” çərçivəsində çoxlu sayda tədbirlər keçirən diasporumuza və rusiyalılara minnətdarlığını bildirib, “Sankt-Peterburq və Leninqrad vilayətində Azərbaycan Milli-Mədəni Muxtariyyəti” şəhər ictimai təşkilatının və sədr Vaqif Məmişovun diaspor fəaliyyətini yüksək qiymətləndirib.

Tədbir Heydər Əliyevin uzaqgörən siyasətindən və Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı böyük xidmətlərindən bəhs edən filmin nümayişi ilə davam edib.

 

 

 

Sonra Azərbaycandan gələn incəsənət xadimlərinin, Mariinski Teatrının artistlərinin və Sankt-Peterburqun milli-mədəni birliklərinin yaradıcı kollektivlərinin ifasında konsert proqramı təqdim edilib. İkinci Dünya müharibəsi və Qərb Hərbi Dairəsinin orta yaş həddi 88 olan veteranlarından ibarət xorun çıxışı alqışlarla qarşılanıb.

Qeyd edək ki, konsertdən öncə şəhərin qubernatoru Aleksandr Beqlov və Qanunvecilik Məclisinin sədri Aleksandr Belski MDB ölkələrini əhatə edən veteranlar və blokada dövrünün sakinləri ilə görüşüb, gənclərin vətənpərvər ruhda yetişməsində fəal iştiraklarına görə onlara minnətdarlıqlarını bildiriblər.

“Sankt-Peterburq və Leninqrad vilayətində Azərbaycan Milli-Mədəni Muxtariyyəti” şəhər ictimai təşkilatının sədri Vaqif Məmişova bayram tədbirinin təşkilində xidmətlərinə görə “Sankt-Peterburqun 320 illiyi” medalı təqdim edilib.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/sankt-peterburqda-heyder-eliyevin-100-illiyi-tenteneli-konsertle-qeyd-edilib-3076

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ