Tarım ve Gıda Gazetesi

SON DAKİKA

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

20:15 - ASFA HOLDİNG YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

Nazir Ceyhun Bayramovun Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşünə dair mətbuat məlumatı

25 Ocak 2024 |
Nazir Ceyhun Bayramovun Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşünə dair mətbuat məlumatı

 

 

 

No:030/24, Nazir Ceyhun Bayramovun Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşünə dair mətbuat məlumatı

 

 

 

23 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

 

 

Görüşdə, Azərbaycan və Küveyt arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

 

 

 

Nazir Ceyhun Bayramov, iki ölkə arasında müxtəlif, o cümlədən iqtisadi, alternativ enerji, ticarət, kənd təsərrüfatı, balıqçılıq, turizm, mədəniyyət, təhsil və s. sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin və perspektivlərin mövcudluğu məmnunluqla qeyd edib. Xüsusilə, regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH) çərçivəsində iki ölkənin bir-birinə göstərdiyi qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.

 

 

 

2024-cü ilin eyni zamanda Azərbaycan və Küveyt arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi ilə əlamətdar olduğu diqqətə çatdırılıb. Ölkələrimiz arasında münasibətlərin inkişafında parlament diplomatiyasının, o cümlədən ik ölkənin parlamentarilərinin qarşılıqlı səfərlərinin müsbət rol oynadığı bildirilib.

 

 

 

Əlaqələrin inkişaf perspektivlərinin zəngin olduğu, bu istiqamətdə mövcud potensialdan səmərəli istifadə edilməsi məqsədilə siyasi məsləhətləşmələr mexanizminin və Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın böyük əhəmiyyətə malik olduğu vurğulanıb.

 

Qarşı tərəf həmçinin postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə ətraflı məlumatlandırılıb, Küveyt tərəfinin prosesdə iştirakı üçün potensial imkanların olduğu qeyd edilib.

 

 

 

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no03024

 

 

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ