Tarım ve Gıda Gazetesi

SON DAKİKA

18:03 - «Единая Россия» проводит неделю приёмов граждан по вопросам защиты прав в трудовой сфере

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

Nazir Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə telefon danışığına dair mətbuat məlumatı

19 Nisan 2023 |
Nazir Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə telefon danışığına dair mətbuat məlumatı

 

 

 

 

No:213/23, Nazir Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə telefon danışığına dair mətbuat məlumatı

 

 

 

 

18 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə telefon danışığı baş tutub.

 

Tərəflər ilk öncə, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ən xoş arzularını və təbriklərini çatdıraraq bütün İslam dünyasına sülh və firavanlıq diləyiblər.

 

Telefon danışığı zamanı, Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq imkanları, gündəlikdə duran məsələlər və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Nazir Ceyhun Bayramov, ölkəmizin Təşkilatla faydalı və səmərəli əməkdaşlığından bəhs edərək bu əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirildiyini diqqətə çatdırıb.

 

Tərəflər keçirilən birgə tədbirlərin uğurlu təşkilinə istinad edərək, cari ilin mart ayında Mavritaniyada baş tutmuş İƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyasının nəticələri, qəbul edilmiş qərarlar və növbəti addımlardan söz açıb.

 

 

 

Telefon danışığı zamanı nazir Ceyhun Bayramov Azərbaycanın keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması, o cümlədən ölkəmizin regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində davam edən səylərindən bəhs edərək sülh gündəliyi üzrə atılan addımlar barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın ölkəmiz tərəfindən atılan müsbət addımlar fonunda əksinə vəziyyəti gərginləşdirən təxribatlarından söz açıb. İƏT-in ənənəvi olaraq Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə, ərazi bütövlüyü və suverenliyinə dəstək verdiyi minnətdarlıqla vurğulanıb.

 

Həmçinin, Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərin genişmiqyaslı bərpası və inkişafı məqsədilə həyata keçirdiyi layihələr barədə məlumat verən nazir Ceyhun Bayramov Təşkilat daxilində dost və qardaş ölkələrdən olan nümayəndələri sözügedən layihələrdə iştiraka dəvət edib.

 

Telefon danışığı zamanı, digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no21323

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ