Tarım ve Gıda Gazetesi

SON DAKİKA

Millət vəkili Məşhur Məmmədov, “Xankəndi Qarabağ münaqişəsinin bitməsinin simvoludur ”, ÖZEL

Millət vəkili Məşhur Məmmədov,
“Xankəndi Qarabağ münaqişəsinin bitməsinin simvoludur
”, ÖZEL.

14 Ekim 2024 |
Millət vəkili Məşhur Məmmədov, “Xankəndi Qarabağ münaqişəsinin bitməsinin simvoludur ”, ÖZEL

Millət vəkili Məşhur Məmmədov,
“Xankəndi Qarabağ münaqişəsinin bitməsinin simvoludur
”, ÖZEL

Millet vekili Meşhur Memmedov,

1453 Kral Medya – 14 Ekim/ Türkiye

Xankəndi qələbəsindən 1 il ötür və bu hadisə Azərbaycan tarixində mühüm dönüş nöqtəsi kimi yadda qaldı. 2023-cü ildə Azərbaycanın tam nəzarəti altına aldığı Xankəndi, Qarabağ münaqişəsinin bitməsini simvolizə edən bir şəhər oldu.
Bir il öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 15 oktyabr 2023-cü ili Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarix adlandırsaq, yanılmarıq. Azərbaycan xalqı 30 ildən çox öz böyük Qələbəsini gözləmişdi.

Xankəndinin azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici addım hesab edilir. Bu qələbə, Azərbaycanın ordusunun gücünü və strateji planlama qabiliyyətini bir daha sübut etdi. Eyni zamanda, bu qələbə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdı. Azərbaycanın regiondakı mövqeyi gücləndi, beynəlxalq aləmdə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mühüm mesajlar verdi. 1 il sonra, Xankəndi artıq sülh və sabitlik rəmzi olaraq inkişaf etdirilir. Azərbaycan hökuməti regionda iqtisadi canlanma və infrastruktur layihələrini həyata keçirməyə davam edir. Bu qələbə həm də regional inteqrasiya və əməkdaşlıq üçün yeni imkanlar yaratdı.

Ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev vəzifə borcunu yerinə yetirməyə başlayanda qarşısında bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq.
Ötən illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi.
Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır.
Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.
Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev uzaqgörən siyasətilə, peşəkar idarəedicilik qabiliyyəti ilə sübut etdi ki, güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır.
Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.
Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik. Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik.

Vətən Müharibəsində ordumuzun göstərdiyi şücaət hərb tədqiqatçıları tərəfindən öyrənilir, dərsliklərinə salınır.
Biz Şuşanı – bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq.
Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.
1 ildir ki, Xankəndi şəhəri azaddır. Az müddət ərzində orda çox işlər görülüb. Artıq Azərbaycanın bütün bölgələrindən olan tələbələr Qarabağ Universitetində təhsil alır. Müasir tipli ali təhsil ocağı, tələbə yataqxanaları vərəndaşların ixtiyarına verilib.
Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Xankəndi şəhərində qaldırılan Bayraq əbədi dalğalanacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaq.
Prezident İlham Əliyevin Xankəndi şəhərində
15 oktyabr 2023-cü il tarixli nitqində qeyd etdiyi kimi, əminik ki, bu gün Ulu Öndərin və bizim Qələbəmizi görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub.

 

Ülker PİRİYEVA/AZERBAYCAN

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ