Tarım ve Gıda Gazetesi

SON DAKİKA

18:03 - «Единая Россия» проводит неделю приёмов граждан по вопросам защиты прав в трудовой сфере

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

Millət vəkili Məşhur Məmmədov, “İnkişaf yolunda..”, ÖZEL

16 Ekim 2023 |
Millət vəkili Məşhur Məmmədov, “İnkişaf yolunda..”, ÖZEL

Millət vəkili Məşhur Məmmədov,
“İnkişaf yolunda..”, ÖZEL

Millet vekili Meşhur Memmedov,

“Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan.” Ümummilli lider Heydər Əliyev bu sözləri Zuğulbadakı Pansionatda müvəqqəti məskunlaşan qaçqınlarla görüşdə çıxışı zamanı -21 may 1994-cü ildə demişdir. Zaman keçdikcə Ulu Öndərin çıxışlarının hər kəlməsini analiz etdikcə, onun öncəgörücülüyünə, gələcək üçün dəqiq proqnozvermə qabiliyyətinə valeh olmamaq mümkün deyil.

Zaman keçir, Ulu Öndərin 30 il öncə dediyi sözlər bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçir. Son illərdə cənab İlham Əliyev sözün həqiqi mənasında dünyanın güc dövlətləri ilə böyük siyasət aparır. Peşəkar idarəçilik qabiliyyəti, diplomatik təcrübəsi, arxasında dayanan güclü ordusu və ətrafında birləşən xalqı ilə bütün dünyanın supergüclərinə qarşı arqumentlərlə gələn ölkə başçısı prezident seçilməsinin 20 illiyinin hesabatını xalqa Milli Qürur Günü kimi yaşatdı, növbəti dəfə adını tarixə qızıl hərflərlə yazdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

 

Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin davamçısına 20 il bundan əvvəl böyük etimad göstərdi. Gedişat sübut edir ki, ötən illər ərzində ölkə başçısı İlham Əliyevə olan etimad daha da artıb. İkinci Qarabağ müharibəsi dayananda Azərbaycan xalqı bilirdi ki, Şuşa kimi Xankəndində də bayrağımızın dalğalanmasına çox az qalıb. Şükürlər olsun, üç il keçməmiş biz Xankəndidəyik. Cənab Prezidentin Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında etdiyi çıxışlar xalq olaraq ürəyimizi qürur hissi ilə doldurub. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir.  Xankəndi qələbəsi əbədi bizimlə olacaq.  Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.

Bu il “Heydər Əliyev İli”dir. Biz Heydər Əliyevin 100 illiyini onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub.

 

Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda cənab İlham Əliyevin Xankəndidə olması böyük rəmzi məna daşıyır. Prezident İlham Əliyev Xankəndi şəhərindən xalqa müraciəti zamanı qeyd etdiyi kimi, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl – 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir. Həmin ölkələr ki, o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Heç nə dəyişməyib bu 30 il ərzində. Xalqımız böyük faciələrlə üz-üzə qalmışdı, 1 milyon insan evsiz-eşiksiz qalmışdır, torpaqlarımız tamamilə dağıdılmışdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə salamat bina qalmayıb. Bizə qarşı etnik təmizləmə aparılıb. Bizə qarşı soyqırımı törədilib, Xocalı soyqırımı. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb, “Xocalıya ədalət!” hərəkatı geniş beynəlxalq vüsət alıb. Bax, o çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur. Biz toparlandıq, güc yığdıq.

Nə yaxşı ki, Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərdi, Ulu Öndər Heydər Əliyevə dəstək verdi, onu prezident vəzifəsinə seçdi. O vaxtdan bu günə qədər ölkə inkişaf yolu ilə gedir. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir.”

 

Ülker Piriyeva/ Azerbaycan

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ