Tarım ve Gıda Gazetesi

SON DAKİKA

18:03 - «Единая Россия» проводит неделю приёмов граждан по вопросам защиты прав в трудовой сфере

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

Manisadakı diasporumuz YAP nümayəndə heyəti ilə görüşüb

11 Mayıs 2023 |
Manisadakı diasporumuz YAP nümayəndə heyəti ilə görüşüb

 

 

Manisadakı diasporumuz YAP nümayəndə heyəti ilə görüşüb

, 2023
Manisadakı diasporumuz YAP nümayəndə heyəti ilə görüşüb

Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Manisada fəaliyyət göstərən diaspor təşkilatlarının fəalları ilə görüşüb.

“Heydər Əliyev İli” çərçivəsində baş tutan görüşlərdə Manisa Azərbaycan Mədəniyyət Evinin rəhbəri Seyfəddin Ayakyay, Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül, Turqutlu Azərbaycan Kültür Dərnəyinin sədri Ünal Kağba, azərbaycanlı tələbələr və Azərbaycan əsilli Türkiyə vətəndaşları iştirak ediblər.

Görüşlərdə çıxış edən YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatları İmamverdi İsmayılov, Mahir Abbaszadə, Malik Həsənov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və başqaları bildiriblər ki, dahi şəxsiyyət Heydər Əliyevin “bir millət, iki dövlət” adlandırdığı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə böyük uğurla inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yürütdükləri siyasi kurs nəticəsində Azərbaycan və Türkiyə qardaşlığı bütün dünya üçün örnəyə çevrilib. 44 günlük Vətən müharibəsində Türkiyənin dəstəyini xüsusi vurğulayan natiqlər qarşılıqlı əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.

 

 

 

Müasir Azərbaycan dövlətinin qurucusu, türk dünyasının nəhəng liderlərindən biri olan Heydər Əliyevin məşhur “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsinin beyinlərə və qəlblərə həkk olduğunu vurğulayan azərbaycanlı tələbələr nəzərə çatdırıblar ki, hər zaman təhsilləri və davranışları ilə Azərbaycanın adını uca tutmağa çalışırlar.

Görüşlər xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Qonaqlar Türkiyənin “Kanal 45” televiziyasının proqramına qatılıblar və sualları cavablandırıblar.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/manisadaki-diasporumuz-yap-numayende-heyeti-ile-gorusub-2925

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ