Tarım ve Gıda Gazetesi

SON DAKİKA

18:03 - «Единая Россия» проводит неделю приёмов граждан по вопросам защиты прав в трудовой сфере

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

Məşhur fransız fotoqraf Laçın və Naxçıvana səfər edib

05 Temmuz 2023 |
Məşhur fransız fotoqraf Laçın və Naxçıvana səfər edib

Məşhur fransız fotoqraf Laçın və Naxçıvana səfər edib

 

 

 

 

, 2023

 

 

 

 

Məşhur fransız fotoqraf Laçın və Naxçıvana səfər edib

 

 

 

 

Məşhur fransız fotoqraf, yazıçı, rejissor Qreqori Herpe Azərbaycana səfəri çərçivəsində Laçın və Naxçıvan şəhərlərində olub.

 

 

 

 

Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan səfər yenidən qurulan Laçın şəhərindən başlayıb.

 

 

 

 

Azərbaycan dövləti tərəfindən qısa müddət ərzində Laçın şəhərində aparılan bərpa və quruculuq işlərini möhtəşəm layihə adlandıran Qreqori Herpe yenilənmiş Laçında gördüklərindən çox təsirləndiyini və heyrətləndiyini etiraf edib. Əhalinin Laçına qayıdışını, həyatın burada canlandığını vurğulayıb, şəhərin tezliklə müxtəlif beynəlxalq festivallara və tədbirlərə ev sahibliyi edəcəyinin mümkün olduğunu söyləyib.

 

 

 

 

Sonra fotoqraf Naxçıvan şəhərinə yola düşüb. Azərbaycanın qədim şəhərindəki “Naxçıvanqala”, Nuh türbəsi, “Əshabi-kəhf”, Gəmiqaya, Əlincə qalası, Möminə xatun türbəsi, Heydər Əliyev adına məscid, Heydər Əliyev muzeyi kimi tarixi, mədəni, dini abidələrlə tanış olub və xatirə kitablarına ürək sözlərini yazıb. Fotoqraf məşhur Batabat gölünü və “Duzdağ” fizioterapiya mərkəzini də lentə alıb.

 

 

 

 

Qreqori Herpe bu səfərin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib. Qonağı səfərdə Paris Azərbaycan Evi Təşkilatının sədr müavini, Fransada Azərbaycanın Dostları Assosiasiyasının layihə rəhbəri Mehri Quliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Arif Abbasov və Aydın Mahmudov müşayiət ediblər.

Qeyd edək ki, bundan öncə fransız fotoqraf Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə 2021 və 2022-ci illərdə Qarabağda səfərdə olub. Səfərlər zamanı Ermənistanın otuzillik işğalı nəticəsində dağıdılmış tarixi və mədəni irs nümunələrimizi, Azərbaycan tərəfinin apardığı bərpa-quruculuq və minatəmizləmə işlərini lentə alıb.

 

 

 

 

Həmin fotoşəkillər Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində “Qarabağ: sülh dövründə” və Avropa Parlamentinin Altiero Spinelli binasında “Qarabağ müharibədən sonra” adlı sərgilərdə nümayiş etdirilib.

Xatırladaq ki, dünya təsviri incəsənətinin müasir nümayəndələrindən biri olan fotoqraf 25 fevral 1969-cu ildə Fransada anadan olub. Nyu-Yorkda “Polaris Images” və Honq Konqda “Sopa Images” mətbuat agentliklərində fotomüxbir kimi çalışır. Vaxtilə Fransa və İngiltərə KİV-lərində jurnalist və baş redaktor işləyib. Hazırda Fransadakı bir sıra qeyri-hökumət təşkilatları ilə mütəmadi olaraq əməkdaşlıq edir. Fotoəsərləri Paris, Kann, Barselona, Bristol, Boston, San Dieqo, Sürix, Afina və Strasburq və sair şəhərlərdə nümayiş etdirilib. Bir sıra nüfuzlu büynəlxalq mükafatların laureatıdır.

Aktyor, rejissor və yazar kimi Avropada teatr tamaşalarının quruluşçu rejissoru olub, Fransa və Kanadada çoxsaylı ədəbi əsərlər nəşr etdirib.

 

 

 

 

2019-cu ildə Azərbaycanda olarkən fotoqraf paytaxtımız haqqında xoş təəssüratlarını “British edition of London Street Art Design” jurnalında bölüşüb: “Memarlıq və dizayn həvəskarısınızsa, Bakı sizin üçün lazımı yerdir. Bu qədim şəhərin içindən keçəndə bir çox memarlıq üslubuna vurulursan”.

 

 

 

 

Eyni zamanda 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanı dəstəkləyən fikirlər və yazılarla çıxış edib.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

Kaynak:https://diaspor.gov.az/az/news-detail/meshur-fransiz-fotoqraf-lacin-ve-naxcivana-sefer-edib-3183

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ