Tarım ve Gıda Gazetesi

SON DAKİKA

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

20:15 - ASFA HOLDİNG YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

Komitə sədri Kazandakı diasporumuzla görüşüb və Tatarıstan Xalqlar Dostluğu Evini ziyarət edib

05 Mayıs 2023 |
Komitə sədri Kazandakı diasporumuzla görüşüb və Tatarıstan Xalqlar Dostluğu Evini ziyarət edib

 

 

 

Komitə sədri Kazandakı diasporumuzla görüşüb və Tatarıstan Xalqlar Dostluğu Evini ziyarət edib

 

, 2023
Komitə sədri Kazandakı diasporumuzla görüşüb və Tatarıstan Xalqlar Dostluğu Evini ziyarət edib

Tatarıstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kazan, Almetyevsk, Buqulma və Buinsk şəhərlərindəki Azərbaycan milli-mədəni muxtariyyətlərinin rəhbərləri və fəalları ilə görüşüb.

Soydaşlarımızı salamlayan sədr Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən diaspor quruculuğu, Komitənin çoxşaxəli fəaliyyət istiqamətləri, xarici ölkələrdə artıq 20 Azərbaycan Evinin, 15 Koordinasiya Şurasının fəaliyyət göstərdiyi, “Qarabağ”, “Nizami Gəncəvi” və sair adlar altında təşkil olunmuş Azərbaycan həftəsonu məktəbləri, “Heydər Əliyev İli” çərçivəsində bu il Naxçıvanda keçiriləcək Diaspor Gənclərinin IV Yay Düşərgəsi barədə ətraflı danışıb. Tatarıstandakı icmamızın yerli cəmiyyətə sıx inteqrasiyasını yüksək qiymətləndirib və bu istiqamətdə tövsiyələrini səsləndirib.

 

 

 

 

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağiev ölkəmizin turizm imkanlarından söz açıb və diasporumuzu bu istiqamətdə fəallıq göstərməyə dəvət edib.

Azərbaycan milli-mədəni muxtariyyətinin rəhbəri Bəhram Mustafayev Tatarıstandakı diasporumuzun mövcud vəziyyəti, həyata keçirdiyi layihələr, gələcək planları, Xalqlar Dostluğu Evinin nəzdində fəaliyyət göstərən Azərbaycan həftəsonu məktəbi barədə ətraflı məlumat verib.

Görüş fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə yekunlaşıb.

Sonra qonaqlar Tatarıstan Xalqlar Dostluğu Evini və Tatarıstan Respublikasının Milli Kitabxanasını ziyarət ediblər. Dostluq Evinin direktoru İrek Şaripov Tatarıstan Xalqlar Assambleyasının və rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə qonaqlara məlumat verib. Azərbaycan diasporunun Tatarıstanın milli-mədəni müxtəlifliyinə, ictimai-siyasi və humanitar sahələrə verdiyi töhfələrlə yerli ictimaiyyət arasında böyük nüfuz qazandığını bildirib.

Komitə sədri Azərbaycan dövlətinin diaspor siyasətini, dövlət başçımızın göstərişləri və tövsiyələri əsasında diaspor quruculuğu istiqamətində atılmış addımları, soydaşlarımızın birlik və həmrəyliyinə nail olmaq üçün həyata keçirilən layihələri nəzərə çatdırıb. Kazandakı diasporumuzun Tatarıstan Xalqlar Assambleyası və Dostluq Evi ilə qarşılıqlı əməkdaşlığından məmnunluğunu ifadə edib.

 

 

 

 

Dostluq Evində yaradılmış Azərbaycan güşəsinə baxış keçirilib, rəqs dərnəyi üzvlərinin məşqi izlənilib.

Komitə adından Tatarıstan Xalqlar Dostluğu Evinə xalqımızın milli-mədəni dəyərlərini əks etdirən xatirə hədiyyələri təqdim olunub.

Milli Kitabxana ilə tanışlıq zamanı isə bildirilib ki, bu mədəniyyət müəssisəsində Azərbaycanla bağlı 2 min kitab saxlanılır. Qeyd edilib ki, Tatarıstandakı diasporumuz tərəfindən kitabxanaya Azərbaycan həqiqətlərini, tarixini və mədəniyyətini əks etdirən nəşrlər hədiyyə olunub.

Qeyd edək ki, Kazanda Tatarıstan-Azərbaycan ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilib.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/komite-sedri-kazandaki-diasporumuzla-gorusub-ve-tataristan-xalqlar-dostlugu-evini-ziyaret-edib-2866

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ