Tarım ve Gıda Gazetesi

SON DAKİKA

18:03 - «Единая Россия» проводит неделю приёмов граждан по вопросам защиты прав в трудовой сфере

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

Kazan şəhərində Həmrəylik Günü bayram konserti ilə qeyd olunub

24 Aralık 2022 |
Kazan şəhərində Həmrəylik Günü bayram konserti ilə qeyd olunub

 

 

 

 

Kazan şəhərində Həmrəylik Günü bayram konserti ilə qeyd olunub

2022

Kazan şəhərində Həmrəylik Günü bayram konserti ilə qeyd olunub
Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazanda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram konserti keçirilib.

“Çulpan” Mədəniyyət Mərkəzində baş tutan tədbir “Tatarıstan Respublikasının Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı tərəfindən təşkil olunub. Tədbirin təşkilində Azərbaycan gənclərinin 50-dən çox nümayəndəsi iştirak edib. Konsertin fəxri qonaqları arasında Türkiyənin Kazandakı Baş konsulluğunun vitse-konsulu Murat Taşdemir və Tatarıstan Respublikası Prezidentinin daxili siyasət məsələləri üzrə departamentinin milli siyasətin həyata keçirilməsi şöbəsinin baş məsləhətçisi Marina İvanova olub.

Qonaqları salamlayan “Tatarıstan Respublikasının Azərbaycan Milli-Mədəniyyəti Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəhram Mustafayev xalqımızı və soydaşlarımızı bayram münasibətilə təbrik edib. Bildirib ki, bayramın əsas ideyası dünya azərbaycanlılarının birliyi və həmrəyliyi, milli-mənəvi dəyərlərə hörmətdir. “Belə tədbirlər soydaşlarımızın öz mədəniyyətini, adət-ənənələrini, tarixini unutmamasına, onlara daha da yaxınlaşmasına kömək edir. Həmrəylik Günü tarixi Vətənimizdən uzaqda olmağımıza baxmayaraq, adət-ənənələrimizi unutmadığımızı, bir yerdə olduğumuzu xatırladan gözəl bayramdır. Bizi bir araya gətirən Tatarıstan Xalqlarının Dostluq Evinə təşəkkür edirik”, – deyə sədr söyləyib.

Tədbirdə çıxış edən Tatarıstan Xalqları Assambleyası direktorunun müavini, Tatarıstan Xalqları Dostluq Evinin direktoru İrek İldusoviç Şaripov azərbaycanlı dostların bayram sevincini birlikdə bölüşməkdən məmnunluğunu bildirib.

Tədbir Azərbaycan mahnılarından, rəqslərindən, şeirlərindən və teatrlaşdırılmış səhnələrdən ibarət böyük konsert proqramının təqdim olunması ilə davam edib.

Diaspor Gənclərinin Şuşada keçirilmiş III Yay Düşərgəsinin iştirakçısı Afaq Aslanovanın azad olunmuş Şuşa haqqında monoloqu tədbir iştirakçılarını çox duyğulandırıb. Şuşanın tarixini, azad olunmuş şəhərə səfərin təəssüratlarını, keçirilən hissləri əhatə edən monoloqu Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adı yazılan Çinarə Əzimovanın musiqili ifası müşayiət edib.

Sonra tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.

Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəniyyətini əks etdirən sərgi nümayiş etdirilib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/kazan-seherinde-hemreylik-gunu-bayram-konserti-ile-qeyd-olunub-2103

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ