Tarım ve Gıda Gazetesi

SON DAKİKA

18:03 - «Единая Россия» проводит неделю приёмов граждан по вопросам защиты прав в трудовой сфере

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

İstanbulda Türkiyə Cümhuriyyətinin və Heydər Əliyevin 100 illiyi qeyd edilib

30 Aralık 2023 |
İstanbulda Türkiyə Cümhuriyyətinin və Heydər Əliyevin 100 illiyi qeyd edilib

 

 

 

İstanbulda Türkiyə Cümhuriyyətinin və Heydər Əliyevin 100 illiyi qeyd edilib

, 2023

 

 

 

 

İstanbulda Türkiyə Cümhuriyyətinin və Heydər Əliyevin 100 illiyi qeyd edilib

 

 

 

Türkiyənin İstanbul şəhərində Türkiyə Cümhuriyyətinin qurulmasının və müasir Azərbaycan dövlətinin qurucusu, türk dünyasının görkəmli xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib.

 

 

 

 

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), “Usuboğlu Group”un, “Gönül Elleri” Dərnəyinin və digər təşkilatların birgə təşkil etdiyi tədbirdə Türkiyə və Azərbaycanla yanaşı, bir sıra digər ölkələrin rəsmi şəxsləri, elm, mədəniyyət, idman, ictimai xadimlər, iş adamları, media mənsubları və digər şəxslər iştirak ediblər.

 

 

 

 

Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirildiyi tədbirdə hər iki ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi ehtiramla yad edilib.

 

 

 

Ardınca Türkiyə Cümhuriyyətinə və ümummilli lider Heydər Əliyevə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

 

 

 

Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev türk dünyasının dahi şəxsiyyətləri Qazi Müstafa Kamal Atatürkün və Heydər Əliyevin atalarının isminin Əlirza olmasını böyük Yaradanın gözəl lütfü adlandırıb. “100 il ərzində bir çox tarixi hadisələrin şahidi olmuşuq. 100 il ərzində biz güclü Türkiyənin və güclü Azərbaycanın sahiblərinə çevrilmişik. 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqları tamamilə azad olunub. Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusu türkün gücünü bir daha bütün dünyaya göstərdi. Bu gün “bir millət, iki dövlət” deməklə dünyaya iki dövlətin sahibinin türk milləti olduğunu sübut edirik”, – deyə komitə sədrinin birinci müavini vurğulayıb.

 

 

 

Tədbir çərçivəsində Türkiyə Cümhuriyyətinin 100-cü ili münasibətilə “Könül və vəfa borcu” mükafatının Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova verildiyi açıqlanıb. Mükafat qəhrəmanın anası Səmayə Həşimovaya təqdim edilib.

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin adından Serbiyanın Balanslaşdırılmış Regional İnkişaf üzrə naziri Edin Djerlekə, Biruni Universitetinin professoru Lütfü İlqara “Xarıbülbül” döş nişanları, iş adamı, İrəvan əsilli soydaşımız Seval Bahçıvana isə “Xarıbülbül” döş nişanı və Azərbaycan kəlağıyısı hədiyyə olunub.

Təntənəli gecə Azərbaycan və Türkiyə sənətçilərinin təqdim etdiyi konsert proqramı ilə davam edib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

Kaynak:https://diaspor.gov.az/az/news-detail/istanbulda-turkiye-cumhuriyyetinin-ve-heyder-eliyevin-100-illiyi-qeyd-edilib-4028

 

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ