Tarım ve Gıda Gazetesi

SON DAKİKA

18:03 - «Единая Россия» проводит неделю приёмов граждан по вопросам защиты прав в трудовой сфере

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

İsrailin Netaniya şəhərində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

27 Aralık 2023 |
İsrailin Netaniya şəhərində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

 

 

 

İsrailin Netaniya şəhərində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

, 2023

 

 

 

İsrailin Netaniya şəhərində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

İsrailin Netaniya şəhərindəki Mərkəzi Kitabxanada müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

 

 

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının və Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın İsraildəki türizm nümayəndəliyinin rəhbəri Cəmilə Talıbzadə, Yokneam şəhərinin vitse-meri Roman Peres, yerli ictimaiyyətin nümayəndələri və soydaşlarımız iştirak ediblər.

 

 

 

 

Tədbirdə “Azİz”in İdarə Heyətinin üzvü Lev Spivak, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman və Bakının fəxri vətəndaşı, tanınmış mühəndis İsay Skvirski çıxış ediblər. İvrit dilində Azərbaycan xalqının dahi oğluna həsr olunmuş “Öndə gedən” kitabı və “Azərbaycan yəhudiliyinin çiçəklənməsi” (1969-1982) ensiklopedik toplusu barədə geniş məlumat verilib, Azərbaycanla və Heydər Əliyevlə bağlı xatirələr bölüşülüb.

 

 

 

Bildirilib ki, ensiklopedik topluda Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda məsul vəzifələrdə çalışan, ölkənin mədəniyyətinə, təhsilinə, elminə, tibbinə, sənayesinə və xalq təsərrüfatının digər sahələrinə mühüm töhfələr verən yəhudi millətindən olan Azərbaycan vətəndaşlarının qısa tərcümeyi-halı verilib. Azərbaycanda bütün xalqların nümayəndələrinin, eləcə də yəhudilərin hər zaman bərabər hüquqlardan istifadə etdikləri, heç vaxt təzyiqlərə məruz qalmadıqları, azad şəkildə çalışdıqları diqqətə çatdırılıb. “Bu, böyük beynəlmiləlçi Heydər Əliyevin və onun əsasını qoyduğu tolerantlıq siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olub”, – deyə Yeganə Salman vurğulayıb.

 

 

 

24 dekabr tarixində bütün Azərbaycan xalqının Prezident İlham Əliyevin doğum gününü təbrik etməsi xəbəri tədbir iştirakçılarının gur alqışları ilə qarşılanıb. “Öndə gedən” və “Azərbaycan yəhudiliyinin çiçəklənməsi” kitabları iştirakçılara hədiyyə edilib.

 

 

 

Bədii hissədə müğənnilər Leyla Vəkilova və Mayuel İsakovun ifasında Heydər Əliyevə və Azərbaycana həsr olunmuş mahnılar səsləndirilib.

 

 

 

 

Tədbir çərçivəsində “Heydər Əliyev və Azərbaycan yəhudiləri” mövzusunda fotosərgi təşkil edilib.

Qeyd edək ki, tədbir iştirakçıları “Azİz” adından xüsusi müraciət imzalayaraq, Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərarı dəstəklədiklərini bildiriblər.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/israilin-netaniya-seherinde-heyder-eliyevin-100-illiyine-hesr-olunmus-tedbir-kecirilib-4005

 

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ