Tarım ve Gıda Gazetesi

SON DAKİKA

22:40 - İçişleri Bakanlığı’nda Devlet Bakanı ile görüşme

22:40 - Meeting with the Minister of State at the Home Office

22:39 - В Амурской области при поддержке «Единой России» стартовал проект «Педагог с нашего двора»

22:39 - Bryansk’ta “Kentsel Çevre” parti projesinin desteğiyle Bryansk Cephesi askerlerine adanan askeri anıt güncellendi

22:10 - Halkın “Birleşik Rusya” programına ve ulusal “Demografi” projesine göre Primorsky Bölgesi Luchegorsk’ta modern bir kürek üssü inşa edildi

22:09 - Amur bölgesinde Birleşik Rusya’nın desteğiyle “Arka Bahçemizden Öğretmen” projesi başlatıldı

22:09 - В Брянске при поддержке партпроекта «Городская среда» обновили воинский мемориал, посвящённый воинам Брянского фронта

15:17 - Современную гребную базу построили в Лучегорске Приморского края по народной программе «Единой России» и нацпроекту «Демография»

13:45 - В Мурманской области «Единая Россия» организовала для школьников поездку к мемориалу «Долина Славы»

13:45 - Murmansk bölgesinde Birleşik Rusya, okul çocukları için Zafer Vadisi anıtına bir gezi düzenledi

İlham Əliyev Bərdədə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib

09 Ağustos 2023 |
İlham Əliyev Bərdədə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib

 

 

 

İlham Əliyev Bərdədə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib

 

 

 

2023,
İlham Əliyev Bərdədə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

 

 

 

Qeyd edək ki, DOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılıb. Agentliyin DOST mərkəzləri vasitəsilə tam şəffaf və vətəndaş məmnunluğu prinsipləri əsasında məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində “bir pəncərə” prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərilir. Hazırda Azərbaycanda 6 DOST Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə indiyədək 1 milyon 673 min nəfərə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsi 98,2 faiz təşkil edir. 2025-ci ilədək mərkəzlərin sayının 17-yə (o cümlədən Bakıda 5, regionlarda 12), yerlərdə xidmətlərin təşkili məqsədilə filialların sayının 55-ə çatdırılması planlaşdırılır.

Bildirildi ki, Qarabağ Regional DOST Mərkəzinin dördmərtəbəli binası ən yüksək tələblərə cavab verir. Burada 123 işçi çalışacaq, “Könüllü DOST” proqramı üzrə 50 könüllü fəaliyyət göstərəcək. Mərkəzdə gün ərzində orta hesabla 650-700 vətəndaşın qəbulu nəzərdə tutulur. Qarabağ Regional Dost Mərkəzinin əhatə dairəsinə 9 inzibati rayon daxildir. Burada ümumilikdə 770 mindən çox əhaliyə xidmət göstəriləcək. Onlardan 170 mini bilavasitə sosial müdafiəyə cəlb olunan şəxslərdir.

Binanın birinci mərtəbəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları tərəfindən hazırlanmış dulusçuluq (keramika), floristika, ağacoyma, vitraj və boyama sənəti üzrə əl işlərindən ibarət sərgi təşkil olunub.

 

 

 

 

Məlumat verildi ki, hazırda Mərkəzdə 14 yaradıcılıq istiqaməti üzrə 195 benefisiara xidmət göstərilir. Onların 146-sı fərdi müraciət əsasında, 49-u müəssisələrlə fərdi əməkdaşlıq çərçivəsində qəbul olunub. Bu benefisiarların 37 nəfəri 6-10, 59 nəfəri 11-18, 99 nəfəri isə 18 yaşından yuxarıdır.

Prezident İlham Əliyev Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi ilə də tanış oldu.

Məlumat verildi ki, Mərkəzdə 7 emalatxana, 8 sinif və instruksiya otağı, Peşəyönümlü və Karyera Planlaması Mərkəzi, inzibati və texniki otaqlar mövcuddur. Burada 48 peşə istiqaməti, o cümlədən dərzi, tikişçi, dizayner, aşpaz, ofisiant, bərbər, vizajist, çilingər, dülgər, tornaçı, xarrat, mebel ustası, rəngsaz, qaynaqçı, santexnik və digər peşələr üzrə tədrisin həyata keçirilməsi üçün infrastruktur yaradılıb. Mərkəzdə bir dəfədə 300, ildə isə 1200 nəfərin hazırlıq keçməsi nəzərdə tutulub. Qarabağ Regional Peşə Hazırlığı Mərkəzində 20 nəfərlik heyət fəaliyyət göstərəcək.

 

 

 

Dövlətimizin başçısına ölkəmizdə peşə hazırlığı istiqamətində görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, hazırda Bakı, Göyçay, Gəncə və Qarabağ Peşə Hazırlığı mərkəzləri fəaliyyət göstərir. DOST Konsepsiyasına uyğun olaraq, Quba, Cəbrayıl, Sabirabad, Şəki, Masallı, Ucar və Şamaxıda da Peşə Hazırlığı mərkəzləri açılacaq. Ümumilikdə 175 peşə və ixtisas üzrə tədris aparılır. Bu sahədə 100-dən çox əlavə təhsil müəssisəsi ilə əməkdaşlıq həyata keçirilir.

 

 

 

 

Ümumilikdə son beş ildə ölkəmizdə 1 milyondan çox şəxsə məşğulluq xidməti göstərilib, 425 min nəfər işlə təmin olunub. Həmçinin 68 min nəfər özünüməşğulluq xidməti, 20 min nəfər işsizlikdən sığorta ödənişi ilə təmin edilib, 18 min nəfər peşə hazırlığına, 473 min nəfər isə peşəyönümlü xidmətlərə cəlb olunub. Postmüharibə dövründə 19 min şəhid ailəsi üzvü və müharibə iştirakçısı müvafiq xidmətlərdən yararlanıb.

Azərbaycan Prezidentinə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən məşğulluq tədbirləri barədə də məlumat verildi.

Qeyd olundu ki, indiyədək 129 min şəxsin təhlili aparılıb. Laçın, Füzuli rayonları, Ağalı və Talış kəndləri üzrə 2257 şəxslə iş aparılır, 200-dək işəgötürənlə əməkdaşlıq qurulub. Şuşaya köçürüləcək əhalidən 19 mindən çox şəxs təhlil olunub, 56 nəfərin məşğulluğu təmin edilib.

Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/60797

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT
İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ