Tarım ve Gıda Gazetesi

SON DAKİKA

18:03 - «Единая Россия» проводит неделю приёмов граждан по вопросам защиты прав в трудовой сфере

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

Fond və Komitə əməkdaşları TİKA-nın Tbilisidəki nümayəndəliyində olub

16 Mart 2023 |
Fond və Komitə əməkdaşları TİKA-nın Tbilisidəki nümayəndəliyində olub

 

 

 

 

Fond və Komitə əməkdaşları TİKA-nın Tbilisidəki nümayəndəliyində olub
, 2023
Fond və Komitə əməkdaşları TİKA-nın Tbilisidəki nümayəndəliyində olub

Gürcüstana səfər çərçivəsində Azərbaycan Diasporuna Dəstək Fondu və Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının TİKA-nın Tbilisidəki nümayəndəliyində görüşü keçirilib.

Görüş zamanı Fondun icraçı direktoru Əkrəm Abdullayev öncə 6 fevral 2023-cü il tarixində qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı verib, yaralılara şəfa diləyib. Bu çətin günlərdə Komitənin və Fondun dəstəyi ilə xarici ölkələrdə yaradılmış Azərbaycan Evlərinin zəlzələdən zərərçəkənlərə yardım məqsədilə türk icmaları ilə bərabər çalışdıqlarını və bundan sonra da belə olacağını vurğulayıb.

Sonra Komitənin və Fondun Gürcüstanda dəstəklədiyi layihələr barədə ətraflı məlumat verilib. Marneulidəki Azərbaycan Evinin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin fəaliyyətini, gələcəkdə soydaşlarımızın və Ahıska türklərinin sıx yaşadıqları regionlarda TİKA-nın Tbilisidəki nümayəndəliyi ilə birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi zəruriliyini nəzərə çatdırıb.

Komitənin şöbə müdirinin müavini Şəfəq Binnətova isə Gürcüstanda biznes sahəsində fəaliyyət göstərən azərbaycanlı qadınların durumundan bəhs edib və onların müxtəlif müştərək layihələrə cəlb olunmasının önəmini vurğulayıb.

Qonaqları salamlayan TİKA-nın Tbilisidəki nümayəndəliyinin rəhbəri Tuba Özütok görüşü yüksək qiymətləndirib. Marneuilidəki Azərbaycan Evində yaradılmış şəraitə görə Azərbaycan dövlətinə, Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkürünü bildirib. Qeyd edib ki, Gürcüstanın regionlarındakı azərbaycanlı evdar xanımların biznes sahəsinə cəlb olunması məqsədilə yeni layihənin icrasına başlanılıb. Buna misal olaraq Marneuli rayonundakı evdar xanımlar üçün açılmış müxtəlif profilli kursları göstərib. Bundan başqa, Marneulidəki Azərbaycan Evinin irimiqyaslı layihələrin öhdəsindən gələcəyinə əminliyini bildirib.

Görüşdə Azərbaycan Evinin direktoru Məhəbbət İmanov da iştirak edib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/fond-ve-komite-emekdaslari-tika-nin-tbilisideki-numayendeliyinde-olub-2595

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ