Tarım ve Gıda Gazetesi

SON DAKİKA

18:03 - «Единая Россия» проводит неделю приёмов граждан по вопросам защиты прав в трудовой сфере

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

Dünyaya 17 Nöbel mükafatçısı bəxş edən universitetdə Xocalı soyqırımına həsr olunmuş elmi konfrans keçirilib

21 Şubat 2023 |
Dünyaya 17 Nöbel mükafatçısı bəxş edən universitetdə Xocalı soyqırımına həsr olunmuş elmi konfrans keçirilib

 

 

 

Dünyaya 17 Nöbel mükafatçısı bəxş edən universitetdə Xocalı soyqırımına həsr olunmuş elmi konfrans keçirilib
, 2023
Dünyaya 17 Nöbel mükafatçısı bəxş edən universitetdə Xocalı soyqırımına həsr olunmuş elmi konfrans keçirilib

Silikon Vadisinin tükənməz sərvəti adlandırılan, dünyanın nüfuzlu beynəlxalq təhsil mərkəzi titulunu qazanmış, üstəlik, ermənilərin çoxluq təşkil etdiyi bölgədə yerləşən ABŞ-ın nüfuzlu Stenford Universitetində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.

Stenford Azərbaycanlı Tələbələr Assosiasiyası və Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan “Xocalını xatırlayırıq” konfransında Stənford və Berkli Universitetlərinin tələbələri, müəllim və professorları iştirak edib. Məqsəd Xocalı soyqırımı haqqında məlumatlılığın artırılması, Qarabağla bağlı və ümumilikdə regiondakı mövcud vəziyyətlə əlaqədar səhih məlumatların çatdırılması, erməni dezinformasiyasının qarşısının alınması, bölgədəki sülh və normallaşma prosesinə diqqətin cəlb olunmasıdır.

Şimali Karolina Universitetinin (UNC) azərbaycanlı professoru Əli Əsgərov, Yuta Universitetinin professoru Hakan Yavuz, rəqəmsal məhkəmə ekspertizası və açıq mənbə kəşfiyyatı üzrə analitik Elçin Məmmədov çıxış edərək, təhsil ocağının çoxmilli auditoriyasına geniş məlumat çatdırıblar.

İctimaiyyətə açıq şəkildə təşkil edilən, tələbə və icma üzvlərinin, həmçinin diaspor nümayəndələrinin də müzakirələrə qoşulduğu konfransda Xocalıya ədalət, Xocalının bəşəri cinayət olması və cinayətkarların beynəlxalq məhkəmə qarşısında cavab verməsi tələbləri səslənib, soyqırımla bağlı məlumatlandırıcı materiallar paylanıb, bölgədəki indiki vəziyyətə, o cümlədən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda davam edən aksiyasına diqqət çəkilib.

Bölgədəki real vəziyyətin və tarixi gerçəkliklərin müzakirə olunduğu elmi-praktik konfrans ermənilərin etirazına səbəb olub və onlar konfransın işinin pozulmasına cəhd göstəriblər. Tədbir iştirakçıları bu tip müzakirələrin açıq olduğunu, burada reallıqlara söykənən tərəfsiz elmi müzakirələrin aparıldığını və heç bir təhrif olunmuş faktın səsləndirilmədiyini diqqətə çatdırıblar.

Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin rəhbəri Aynur Ağayevanın moderatorluğu ilə keçirilən konfransda akademik təbəqənin iştirakı ilə belə müzakirələrin davamlı aparılmasının icmalar arasında sağlam dialoqun yaranmasına müsbət təsir göstərəcəyi ifadə olunub.

“Academic Ranking of World Universities”in, “QS World University Rankings”in, “Times Higher Education World University Rankings”in reytinq cədvəllərində davamlı olaraq beşliyə və onluğa düşən Stenford Universitetində Xocalı soyqırımı ilə bağlı təşkil olunan ilk elmi-praktik konfrans xarici elmi auditoriyanın məlumatlanması üçün əvəzsiz addımdır.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/dunyaya-17-nobel-mukafatcisi-bexs-eden-universitetde-xocali-soyqirimina-hesr-olunmus-elmi-konfrans-kecirilib-2408

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ