Tarım ve Gıda Gazetesi

SON DAKİKA

Dövlət Komitəsinin sədri İstanbul valisi ilə görüşüb

06 Nisan 2024 |
Dövlət Komitəsinin sədri İstanbul valisi ilə görüşüb

Dövlət Komitəsinin sədri İstanbul valisi ilə görüşüb
6 aprel, 2024

 

 

 

Dövlət Komitəsinin sədri İstanbul valisi ilə görüşüb

Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İstanbul valisi Davut Gül ilə görüşüb.

Qonağı salamlayan İstanbul valisi Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib, münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatmasında prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin rolunu vurğulayıb.

Səmimi qəbula görə təşəkkür edən Komitə sədri Türkiyə-Azərbaycan qardaşlığının bütün dünya ölkələrinə nümunə olduğunu söyləyib. Görüş zamanı “1990-cı illərdən etibarən Türkiyə Respublikasına (İstanbul şəhərinə) mühacirət etmiş və hazırda orada yaşayan Azərbaycan Respublikasının vətəndaşı olması ehtimal olunan şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə dair Tədbirlər Planı”nın icrasına dair bir sıra məsələlər müzakirə edilib. Qeyd olunub ki, indiyədək 7093 nəfərin müraciəti cavablandırılıb. Onlardan 3623 nəfərin pasport rəsmiləşdirilməsi və digər xidmət-sorğular həyata keçirilib. Bu prosesdə İstanbul valiliyinin rolu xüsusi vurğulanıb.

 

 

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/dovlet-komitesinin-sedri-istanbul-valisi-ile-gorusub-4517

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ