Tarım ve Gıda Gazetesi

SON DAKİKA

22:40 - İçişleri Bakanlığı’nda Devlet Bakanı ile görüşme

22:40 - Meeting with the Minister of State at the Home Office

22:39 - В Амурской области при поддержке «Единой России» стартовал проект «Педагог с нашего двора»

22:39 - Bryansk’ta “Kentsel Çevre” parti projesinin desteğiyle Bryansk Cephesi askerlerine adanan askeri anıt güncellendi

22:10 - Halkın “Birleşik Rusya” programına ve ulusal “Demografi” projesine göre Primorsky Bölgesi Luchegorsk’ta modern bir kürek üssü inşa edildi

22:09 - Amur bölgesinde Birleşik Rusya’nın desteğiyle “Arka Bahçemizden Öğretmen” projesi başlatıldı

22:09 - В Брянске при поддержке партпроекта «Городская среда» обновили воинский мемориал, посвящённый воинам Брянского фронта

15:17 - Современную гребную базу построили в Лучегорске Приморского края по народной программе «Единой России» и нацпроекту «Демография»

13:45 - В Мурманской области «Единая Россия» организовала для школьников поездку к мемориалу «Долина Славы»

13:45 - Murmansk bölgesinde Birleşik Rusya, okul çocukları için Zafer Vadisi anıtına bir gezi düzenledi

“Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu” işə başlayıb

21 Aralık 2022 |
“Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu” işə başlayıb

 

 

 

“Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu” işə başlayıb

, 2022
“Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu” işə başlayıb
Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu işə başlayıb.

Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Forum iştirakçıları öncə Fəxri Xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər. Qonaqlar adından ümummilli liderin məzarı önünə əklil qoyulub.

Şəhidlər Xiyabanını və Türk Şəhidliyini də ziyarət edən forum iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Qonaqlar adından “Əbədi məşəl” abidəsinə əklil qoyulub.

Sonra iştirakçı qurumların 2023-cü il üçün diaspor üzrə birgə fəaliyyət planının və fəaliyyət strategiyasının müzakirəsi keçirilib.

Qonaqları salamlayan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, Türk Dövlətləri Təşkilatının ərsəyə gəlməsinə gedən yolun məhz 2009-cu il Naxçıvan Zirvə Görüşündən başlaması təsadüfi deyil. Prezident İlham Əliyevin dediyi kimi, canı və qanı bir türk ölkələri ilə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu baxımdan diaspor məsələlərinə məsul qurumların üzərinə düşən vəzifə dünya türklərinin vahid yumruq kimi bir hədəfə vurmağı bacaran ümumtürk diasporunda birləşməsinə öz töhfəsini verməkdir.

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren, Türk Dövlətləri Təşkilatı baş katibinin müavini Yerjan Mukaş, Macarıstan Respublikasının Milli Siyasət üzrə Dövlət Katibi Arpad Yanos Potapi, Qırğız Respublikasının Prezidenti yanında Dövlət dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanybek Osmonaliev, Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq münasibətləri Komitəsinin sədri Rustambek Kurbanov, Qazaxıstan Respublikasının “Otandastar” Fondu prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Kalybek Koblandin, Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyinin rəisi Kemal Köprülü çıxış edərək, Forumun işini yüksək qiymətləndirib, türk diasporlarının əməkdaşlığının zərurətə çevrildiyini diqqətə çatdırıblar.

Forumda dünyadakı türk diasporlarının inteqrasiyasına yönəlmiş mühüm layihələr,

TDT-yə üzv ölkələr arasında mədəni-humanitar əməkdaşlığın dərinləşməsi, diaspor qurumları arasında işbirliyinin vacibliyi, vətəndən kənada yaşayan türk icmalarının ana dilində təhsil almaq imkanlarına malik olması və digər vacib mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Forum Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstanın müvafiq qurumları arasında anlaşma memorandumlarının imzalanması mərasimi ilə davam edib.

Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu öz işini dekabrın 21-də Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada davam etdirəcək.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/diaspor-meselelerine-mesul-dovlet-qurumlari-rehberlerinin-beynelxalq-baki-susa-forumu-ise-baslayib-2096

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT
İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ