Tarım ve Gıda Gazetesi

SON DAKİKA

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

20:15 - ASFA HOLDİNG YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

Daşkənddə dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunub

24 Mart 2023 |
Daşkənddə dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunub

 

 

 

 

Daşkənddə dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunub
, 2023

Daşkənddə dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunub

Daşkənd şəhərinin Mirabad rayonunda müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ölkəmizin Özbəkistandakı Səfirliyinin, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq münasibətləri Komitəsinin, Türkiyə Milli Mədəniyyət Mərkəzinin nümayəndələri, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin idarə heyətinin üzvləri, filial sədrləri və yerli sakinlər iştirak ediblər.

 

 

 

 

 

Öncə Heydər Əliyev adına meydanda xalqımızın dahi şəxsiyyətinin barelyefi böyük ehtiramla ziyarət edilib. Abidənin önünə əklil qoyulub və xalqımızın ümummilli liderinin əziz xatirəsi yad edilib.

Tədbirin rəsmi hissəsində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq münasibətləri Komitəsinin sədri Rustambek Kurbanov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüsal Məmmədov, Türkiyə Milli Mədəniyyət Mərkəzinin sədri Ömər Salman və başqaları çıxış ediblər.

Ölkələrimizin tarix və mədəniyyət baxımdan bir-birinə sıx bağlı olduğunu vurğulayan natiqlər bildiriblər ki, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Heydər Əliyev Özbəkistanla və digər türk dövlətləri ilə münasibətlərə xüsusi önəm verirdi. Təkcə Azərbaycanın deyil, həm də türk dünyasının qüdrətli dövlət xadimlərindən biri olan Heydər Əliyev şəxsiyyətinin Özbəkistanda çox sevildiyi, adının Daşkənddə azərbaycanlıların kompakt yaşadığı küçəyə verildiyi, şərəfinə Mirabad rayonunda gözəl park-meydan salındığı və memorial kompleks inşa edildiyi, siyasi irsinin geniş öyrənildiyi nəzərə çatdırılıb. Hazırda Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin Azərbaycan-Özbəkistan əlaqələrinin daha da möhkəmləndirilməsinə və inkişafına öz töhfələrini verdikləri vurğulanıb.

2023-cü ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğunu xatırladan natiqlər il ərzində Özbəkistanda da ulu öndərə həsr olunmuş bir çox tədbirlər və layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulyıblar.

Konsert proqramı ilə davam edən tədbir çərçivəsində təşkil olunmuş sərgidə ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini və Novruz bayramını əks etdirən nümunələr nümayiş etdirilib.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/daskendde-dahi-sexsiyyet-heyder-eliyevin-anadan-olmasinin-100-illiyi-qeyd-olunub-2670

 

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ