Tarım ve Gıda Gazetesi

SON DAKİKA

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

20:15 - ASFA HOLDİNG YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

18:38 - Владимир Якушев: Открытие ледовой арены УГМК в Екатеринбурге – историческое событие для всего Урала

16:13 - “Birleşik Rusya’nın Genç Muhafızları”, yeni bölgelerdeki askeri personele ve doktorlara 15 tondan fazla insani yardım ulaştırdı

12:59 - Sedat Peker’e sahte kimlik düzenleyen 10 polis tutuklandı Sedat Pekerin diploması sahte mi O zaman?

11:22 - Kuzey Makedonyo’da Sedat Peker’e sahte kimlik düzenleyen 10 polis tutuklandı

Bolnisidə Heydər Əliyevin 100 illiyi münasibətilə “Dostluq” futbol turniri təşkil edilib

23 Haziran 2023 |
Bolnisidə Heydər Əliyevin 100 illiyi münasibətilə “Dostluq” futbol turniri təşkil edilib

Bolnisidə Heydər Əliyevin 100 illiyi münasibətilə “Dostluq” futbol turniri təşkil edilib
, 2023

 

 

 

 

Bolnisidə Heydər Əliyevin 100 illiyi münasibətilə “Dostluq” futbol turniri təşkil edilib

 

 

 

 

Gürcüstanın Bolnisi şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Dostluq” futbol turniri keçirilib.

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi, “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı ilə baş tutan turnirdə 8 komanda iştirak edib.

Turnirin açılış mərasimini giriş sözü ilə açan mərkəzin direktoru Rezo Həsənov bildirib ki, dünyanın müxtəlif ölkələrində, o cümlədən Gürcüstanda dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. Qeyd edib ki, “Dostluq” turnirini təşkil etməklə Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin inkişafında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin əziz xatirəsini bir daha böyük ehtiramla yad edirlər.

 

 

 

 

 

Mərasimdə çıxış edən qonaqlar ulu öndər Heydər Əliyevlə bağlı təəssüratlarını və xatirələrini bölüşüb, turnir iştirakçılarına uğurlar arzulayıblar.

Olimpiya sistemi üzrə keçirilən, seçmə, yarımfinal və final oyunlarının daxil olduğu üç mərhələdən ibarət olan turnirdə Dmanisinin “Qaraçay”, Bolnisinin “Sabah”, Marneulinin “Olimp”, “Qızılhacılı” və “Görarxı”, Tbilisinin “Krcanisi”, Qardabaninin “Teola” və “Manqilisi” komandaları yarışıblar.

 

 

 

 

Turnirin final mərhələsinə Marneulinin “Olimp” və “Gorarxı” komandaları vəsiqə qazanıb. Final oyununda 7:3 hesabı ilə qalib gələn “Olimp” komandası turnirin qalibi olub. II yeri “Gorarxı”, III yeri Tbilisinin “Krtsanisi” komandası tutub.

 

 

 

 

Qalibləri mükafatlandırma mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Ramel Lətifov, “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin icraçı direktoru Murad Muradov və digərləri iştirak ediblər.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/bolniside-heyder-eliyevin-100-illiyi-munasibetile-dostluq-futbol-turniri-teskil-edilib-3140

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ