Tarım ve Gıda Gazetesi

SON DAKİKA

18:03 - «Единая Россия» проводит неделю приёмов граждан по вопросам защиты прав в трудовой сфере

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

Berlində almaniyalı türkoloq alimin Şuşaya həsr etdiyi kitab təqdim edilib

22 Kasım 2023 |
Berlində almaniyalı türkoloq alimin Şuşaya həsr etdiyi kitab təqdim edilib

 

 

 

Berlində almaniyalı türkoloq alimin Şuşaya həsr etdiyi kitab təqdim edilib

, 2023

 

 

 

Berlində almaniyalı türkoloq alimin Şuşaya həsr etdiyi kitab təqdim edilib

 

 

 

 

Berlin şəhərində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində türkoloq alim, nəsimişünas, Qafqaz regionunun tədqiqatçısı, Almaniyanın Giesen Universitetinin dosenti Dr. Mixael Reynhard Hessin müəllifi olduğu “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabın təqdimat mərasimi keçirilib.

 

 

 

Siyasi elmlər doktoru Qurban Ələkbərovun moderatorluğu ilə keçirilən tədbirdə Berlin, Ştutqart, Köln şəhərlərində yaşayan Azərbaycan və türk icmasının təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və alman alimləri iştirak ediblər.

 

 

 

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev bildirib ki, bu nəşr Avropada Şuşanın tarixi və mədəni irsi haqqında yüksək səviyyədə yazılmış ilk kitabdır. Onun sözlərinə görə, nəşr Azərbaycan tarixinin və mədəniyyətinin Avropada öyrənilməsində çox böyük rol oynayacaq. Alimə təşəkkür edən səfir əlavə edib ki, Hess nəinki Avropada, ümumiyyətlə, Qərbdə Azərbaycan dilinin və ədəbiyyatının ən yaxşı bilicilərindən biridir..

 

 

 

Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdimat mərasimində iştirak edən soydaşlarımıza və alman dostlarımıza minnətdarlığını bildirib. Hessin ölkəmizlə əlaqələrinin yaranmasından danışıb və alimin ingilis, alman dillərində nəşr olunan kitabında əsaslandırılmış, təkzibolunmaz tarixi faktların və elmi fikirlərin yer aldığını vurğulayıb. Qeyd edib ki, bu kitablar Avropa cəmiyyətinin Azərbaycan həqiqətləri haqqında məlumatlandırılmasında çox ciddi rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Komitə Azərbaycan həqiqətlərinin dünyada geniş yayılması işini davam etdirir və bu baxımdan Azərbaycan tarixini olduğu kimi əks etdirən “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabının müxtəlif ölkələrdə təqdimatlarının keçirilməsi nəzərdə tutulub.

 

 

 

Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Kanadada fəaliyyət göstərən Azərbaycan diasporunun təşkilatçılığı ilə hazırlanmış “Şuşanın tarixi” (“History of Shusha”) adlı filmin nümayişi ilə davam edib.

Dr. M.R.Hess çıxışında kitabın yaranma ideyasından danışıb, əsas məqsədiinin Qarabağın və Şuşanın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini oxucuların diqqətinə çatdırmaq olduğunu qeyd edib.

 

 

 

Tədbirdə çıxış edən İrəvan xanı Hüseynəli xanın nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani, bəstəkar, musiqişünas və publisist Elmir Mirzəyev, alman professor Hartviq Şults, alman publisist Mattias Volf müəllifi bu mühüm mədəni hadisə münasibətilə təbrik edib və xoş arzularını bildiriblər.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/berlinde-almaniyali-turkoloq-alimin-susaya-hesr-etdiyi-kitab-teqdim-edilib-3820

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ