Tarım ve Gıda Gazetesi

SON DAKİKA

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

20:15 - ASFA HOLDİNG YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

18:38 - Владимир Якушев: Открытие ледовой арены УГМК в Екатеринбурге – историческое событие для всего Урала

16:13 - “Birleşik Rusya’nın Genç Muhafızları”, yeni bölgelerdeki askeri personele ve doktorlara 15 tondan fazla insani yardım ulaştırdı

12:59 - Sedat Peker’e sahte kimlik düzenleyen 10 polis tutuklandı Sedat Pekerin diploması sahte mi O zaman?

11:22 - Kuzey Makedonyo’da Sedat Peker’e sahte kimlik düzenleyen 10 polis tutuklandı

Azərbaycanlı alim dünya alimlərinin reytinqində yer alıb

10 Haziran 2023 |
Azərbaycanlı alim dünya alimlərinin reytinqində yer alıb

Azərbaycanlı alim dünya alimlərinin reytinqində yer alıb

, 2023
Azərbaycanlı alim dünya alimlərinin reytinqində yer alıb

 

 

Səudiyyə Ərəbistanı Krallığında yaşayan azərbaycanlı alim-tədqiqatçı, Kral Abdullah Neft Araşdırmaları və Tədqiqat Mərkəzinin (KAPSARC) baş elmi işçisi Fəxri Həsənov 2022-ci il üzrə “Dünya alimlərinin TOP 2%”i reytinqində yer alıb.

 

 

 

 

ABŞ-ın Stanford Universiteti və məşhur elmi-tədqiqat bazalarından biri olan “Elsevier” ilə birlikdə tərtib olunan reytinq dünya üzrə 200 000-dən çox alimi əhatə edib. Bu qiymətləndirmə konkret il və alimin-tədqiqatçının bütün fəaliyyət dövrü üzrə aparılır. Fəxri Həsənov 2022-ci ildə əldə etdiyi nailiyyətlərə görə reytinqdə yer alıb.

 

 

 

 

Bu münasibətlə Kral Abdullah Neft Araşdırmaları və Tədqiqat Mərkəzinin toplantısında Fəxri Həsənova və digər nailiyyət qazanan ekspertlərə sertifikatlar təqdim edilib. Toplantıda Səudiyyə Ərəbistanı Krallığının energetika naziri və mərkəzin Qəyyumlar Şurasının sədri şahzadə Əbdül Əziz bin Salman əl-Səud və mərkəzin əməkdaşları iştirak ediblər.

 

 

 

 

Qeyd edək ki, Fəxri Həsənov 7 aprel 1979-cu ildə Azərbaycanın Laçın rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini və Corc Vaşinqton Universitetini bitirib. İqtisad elmləri üzrə fəlsəfə doktoru, 100-ə yaxın elmi məqalənin müəllifi, “Frontiers in Environmental Science” jurnalının redaktorlarından biridir. 2014-cü ildən Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində yaşayır. “KAPSARC Global Energy Macroeconometric Model (KGEMM)”-in əsas qurucularından biridir və 2015-ci ildən etibarən bu model layihəsinə rəhbərlik edir.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycanli-alim-dunya-alimlerinin-reytinqinde-yer-alib-3090

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ