Tarım ve Gıda Gazetesi

SON DAKİKA

18:03 - «Единая Россия» проводит неделю приёмов граждан по вопросам защиты прав в трудовой сфере

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

Avstraliya hökuməti İrandakı durumla əlaqədar Azərbaycan icmasının müraciətinə cavab verib

07 Mart 2023 |
Avstraliya hökuməti İrandakı durumla əlaqədar Azərbaycan icmasının müraciətinə cavab verib

 

 

 

 

Avstraliya hökuməti İrandakı durumla əlaqədar Azərbaycan icmasının müraciətinə cavab verib
, 2023

Resim
Avstraliya hökuməti İrandakı durumla əlaqədar Azərbaycan icmasının müraciətinə cavab verib
Avstraliya hökuməti Azərbaycan icmasının İranda insan hüquqlarının pozulması ilə bağlı məktubunu cavablandırıb.

Güney Azərbaycan Demokratik Türk Birliyinin İnsan və qadın hüquqları şöbəsinin müdiri Sara Azərsuna xarici işlər naziri, senator Penni Vonqun adından hökumətin Xarici işlər və ticarət departamentinin ünvanladığı məktubda bildirilib ki, Avstraliya qəzəbləndirici davranışına və etirazçılara qarşı davam edən ölümcül və qeyri-mütənasib güc tətbiqinə görə açıq olaraq İran rejimini fəal və ardıcıl şəkildə pisləyib.

Nəzərə çatdırılıb ki, Avstraliya hökuməti İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Cinayət Məcəlləsi siyahısına daxil olunmasını və əməllərinə görə cavabdehliyini tələb edənləri yaxşı başa düşür. Lakin Cinayət Məcəlləsində nəzərdə tutulan siyahı dövlət subyektlərinə deyil, qeyri-dövlət subyektlərinə şamil edilir. İİKK isə tam olaraq İran dövlətinin tərkibinə daxildir və Cinayət Məcəlləsindəki terror təşkilatları haqqında müddəaların təsir dairəsinə düşmür: “Hökumət hesab edir ki, səfirliklər və diplomatik personal hökumətlər arasında rəsmi əlaqələri saxlamaq üçün vacibdir. Diplomatik əlaqələrimiz bizi narahat edən məsələlər, o cümlədən İranda insan haqlarının vəziyyəti ilə bağlı İran hökumətinə birbaşa müraciət etməyə imkan verir”.

Qeyd edilib ki, sanksiyalar hökumətin insanların hüquqların pozulmasına reaksiya vermək üçün istifadə edilə bilən tədbirlərdən yalnız biridir və Avstraliya hökuməti vəziyyəti, eləcə də digər mülahizələri diqqətlə qiymətləndirir.

İranda insan haqları ilə bağlı vəziyyətin Avstraliyanı çoxdan və ciddi şəkildə narahat etdiyinə, Avstraliya hökumətinin İranda etirazçıların edamını açıq şəkildə pislədiyinə, bütün edamların dərhal dayandırılmasına çağırdığına diqqət cəlb edilib.

“Hökumət İranda etnik və dini azlıqlara, qadınlara və qızlara qarşı rəftardan narahatdır. Bu yaxınlarda biz BMT-nin İqtisadi və Sosial Şurasının 14 dekabr 2022-ci il tarixli iclasındakı milli bəyanatımızda bu narahatlığı açıq şəkildə bildirdik. Avstraliya hökuməti bundan sonra da məqsədyönlü və strateji olaraq insan hüquqlarının müdafiəsi məqsədilə rejimə təzyiq göstərməyə davam edəcək”, – deyə məktubda vurğulanıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/avstraliya-hokumeti-irandaki-durumla-elaqedar-azerbaycan-icmasinin-muracietine-cavab-verib-2560

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ