Tarım ve Gıda Gazetesi

SON DAKİKA

22:40 - İçişleri Bakanlığı’nda Devlet Bakanı ile görüşme

22:40 - Meeting with the Minister of State at the Home Office

22:39 - В Амурской области при поддержке «Единой России» стартовал проект «Педагог с нашего двора»

22:39 - Bryansk’ta “Kentsel Çevre” parti projesinin desteğiyle Bryansk Cephesi askerlerine adanan askeri anıt güncellendi

22:10 - Halkın “Birleşik Rusya” programına ve ulusal “Demografi” projesine göre Primorsky Bölgesi Luchegorsk’ta modern bir kürek üssü inşa edildi

22:09 - Amur bölgesinde Birleşik Rusya’nın desteğiyle “Arka Bahçemizden Öğretmen” projesi başlatıldı

22:09 - В Брянске при поддержке партпроекта «Городская среда» обновили воинский мемориал, посвящённый воинам Брянского фронта

15:17 - Современную гребную базу построили в Лучегорске Приморского края по народной программе «Единой России» и нацпроекту «Демография»

13:45 - В Мурманской области «Единая Россия» организовала для школьников поездку к мемориалу «Долина Славы»

13:45 - Murmansk bölgesinde Birleşik Rusya, okul çocukları için Zafer Vadisi anıtına bir gezi düzenledi

Almaniyada Heydər Əliyevə həsr olunmuş “İn Memoriam” adlı konsert keçirilib

26 Nisan 2023 |
Almaniyada Heydər Əliyevə həsr olunmuş “İn Memoriam” adlı konsert keçirilib

 

 

 

Almaniyada Heydər Əliyevə həsr olunmuş “İn Memoriam” adlı konsert keçirilib
25 aprel, 2023
Almaniyada Heydər Əliyevə həsr olunmuş “İn Memoriam” adlı konsert keçirilib
Almaniyanın Horn Bad Maynberq şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “İn Memoriam” (“Xatirələrdə”) adlı konsert keçirilib.

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniyada fəaliyyət göstərən “Bridge of Sound” ansamblının və orkestrinin yaradıcısı və bədii rəhbəri, bəstəkar Xədicə Zeynalovanın təşkilatçılığı ilə baş tutan konsertdə yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konsert öncəsi bəstəkar Xədicə Zeynalova dahi şəxsiyyət Heydər Əliyevin həyatı və fəaliyyəti barədə məlumat verib, müasir Azərbaycan dövlətinin inkişafında əvəzsiz misilsiz xidmətlərindən danışıb və onun haqqında xatirələrini bölüşüb. Nəzərə çatdırıb ki, 2023-cü il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda “Heydər Əliyev İli” elan olunub. Bu məqsədlə dünyanın müxtəlif ölkələrində xalqımızın ümummilli liderinin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə konsertlər və tədbirlər keçirilir.

Sonra Azərbaycan və alman bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Onların arasında Azərbaycanın peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıyevin “Arazbarı”, Xədicə Zeynalovanın “İn Memoriam”, “Azerbaijani fairy tale”, İohann Sebastyan Baxın, Argentina bəstəkarı Astor Piazzolanın və digər bəstəkarların əsərləri səsləndirilib. Heydər Əliyevin çox sevdiyi “Küçələrə su səpmişəm” və “Ay Laçın” xalq mahnılarının “Bridge of Sound” ansamblının və Xədicə Zeynalovanın ifasında səsləndirilməsi böyük maraqla qarşılanıb.

 

 

 

 

Qeyd edək ki, Xədicə Zeynalova Azərbaycan Bəstəkarlar İttifaqının, Almaniyanın GEMA təşkilatının və “Qadınlar musiqidə” Beynəlxalq Aliyansının üzvü, 2016-cı ildən fəaliyyət göstərən “Bridge of Sound” ansamblının və orkestrinin, 2021-ci ildə Almaniyada ilk dəfə olaraq təşkil edilən “Harmony of Sound” adlı Beynəlxalq Musiqi Festivalının yaradıcısı və bədii rəhbəridir. Festival həmin il “Odlar divarından Zəfərə doğru” adı ilə Azərbaycanın zəngin musiqi mədəniyyətinə həsr edilib.

Bəstəkar yaradıcılıq və diaspor fəaliyyətinə görə Azərbaycan Respublikasının “Nizami” və “Diaspor fəaliyyətində xidmətə görə” medallarına layiq görülüb.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

Kaynak:http://diaspor.gov.az/az/news-detail/almaniyada-heyder-eliyeve-hesr-olunmus-in-memoriam-adli-konsert-kecirilib-2829

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT
İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ