Tarım ve Gıda Gazetesi

SON DAKİKA

18:03 - «Единая Россия» проводит неделю приёмов граждан по вопросам защиты прав в трудовой сфере

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

ABŞ-da yaşayan rəssam soydaşımız mina probleminin həllinə dəstək üçün əsərlərini satışa çıxarıb

26 Aralık 2022 |
ABŞ-da yaşayan rəssam soydaşımız mina probleminin həllinə dəstək üçün əsərlərini satışa çıxarıb

 

 

 

ABŞ-da yaşayan rəssam soydaşımız mina probleminin həllinə dəstək üçün əsərlərini satışa çıxarıb

2022

ABŞ-da yaşayan rəssam soydaşımız mina probleminin həllinə dəstək üçün əsərlərini satışa çıxarıb
ABŞ-da yaşayan tanınmış azərbaycanlı rəssam Əbülfəz Bahaduri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində ölkəmiz üçün mühüm addım atıb.

Marşal İrsi İnstitutu (Marshall Legacy İnstitute) ilə birgə əsərlərini satışa çıxaran rəssam əldə olunan bütün vəsaiti “Mine Detection Dogs” (Mina aşkarlayan itlər) layihəsinə köçürəcəyini bildirib. “Bir çox ölkələr, o cümlədən Azərbaycan üçün minaların ölümcül mirası davamlı tərəqqi və sabitliyə əsas maneədir. Mən işlərimin 100% satışı vasitəsilə “Mine Detection Dogs” layihəsinə sponsorluq edirəm”, – deyə rəssam qeyd edib.

Rəssam sənətsevərləri bu bayramlar mövsümündə insan həyatlarını xilas etməyə çağırıb. Vəsaitlərin toplanması üçün onları https://lnkd.in/emnMY_Rk saytına daxil olmağa dəvət edib.

Soydaşımız yaradılmış imkana görə Marşal İrsi İnstitutuna dərin minnətdarlığını bildirib. İnformasiyanın sənət cameəsində yayılması və “Rəssamlar Minalara Qarşı” (Artists Against Mines) təşkilatının yaradılmasında kömək göstərilməsi naminə bu institutla 2023-cü ildə əməkdaşlıq edəcəyini söyləyib.

Öz növbəsində Marşal İrsi İnstitutu da cəmiyyəti öz kolleksiyasına orijinal sənət əsəri əlavə etməklə insan həyatını qurtarmağa kömək olmağa çağırıb.

Qeyd edək ki, abstrakt və kolorist rəssam kimi tanınan Əbülfəz Bahaduri Təbriz şəhərində anadan olub. Uşaqlıq və gənclik illərini Təbrizdə keçirməsi onun rəsm çəkməsinə və gələcək yaradıcılığına öz təsirini göstərib. Təbrizdəki Göy məscidin, xalça və xalıların rənglərindən, münüatürlərdən ilham alıb. Öncə Təbrizdə, sonra isə İngiltərənin Mançester şəhərində təhsil alıb. Rəssam-dizayner və kompüter texnologiyaları mütəxəssisidir.

Filadelfiya İncəsənət Muzeyinin, Del Rey Sənətkarlarının, İsgəndəriyyə İncəsənət Liqasının və Falls Kilsəsi İncəsənətinin üzvü olan rəssamın əsərləri ABŞ-ın bir çox ştatlarındakı sərgilərdə nümayiş olunur. Bu ilin sentyabrında isə ADA Universitetinin Vaşinqtondakı ofisində rəssamın Qarabağın işğaldan azad edilməsinin ikinci ildönümü münasibətilə fərdi sərgisi təqdim edilib.

“Paradoks” əsərinə görə Vaşingtondakı Amerika İncəsənət Liqasının Evelin Turner mükafatına layiq görülüb.

Azərbaycan diasporunun fəaliyyətinə və Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliğinə verdiyi mühüm töhfələrə görə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı və “Diaspor fəaliyyətində xidmətlərə görə” medalı ilə təltif olunub.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/abs-da-yasayan-ressam-soydasimiz-mina-probleminin-helline-destek-ucun-eserlerini-satisa-cixarib-2116

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ