Tarım ve Gıda Gazetesi

SON DAKİKA

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

20:15 - ASFA HOLDİNG YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

Torontodakı Azərbaycan Evində türkiyəli diplomatla vida görüşü təşkil edilib

08 Ağustos 2023 |
Torontodakı Azərbaycan Evində türkiyəli diplomatla vida görüşü təşkil edilib

 

 

 

Torontodakı Azərbaycan Evində türkiyəli diplomatla vida görüşü təşkil edilib

 

2023

 

 

 

Torontodakı Azərbaycan Evində türkiyəli diplomatla vida görüşü təşkil edilib

 

 

 

Kanadanın Toronto şəhərində yerləşən Azərbaycan Evində qardaş Türkiyənin Baş konsulu Sinem Minganın səlahiyyətinin başa çatması və Ankaraya dönüşü münasibətilə tədbir keçirilib.

Tədbirdə Rumıniya, Bolqarıstan, Argentina, Albaniya, Ukraynanın Baş konsulları, Macaristan Baş konsulluğunun, yəhudi və Azərbaycan icmalarının nümayəndələri iştirak ediblər.

 

 

 

 

Ontario parlamentinin keçmiş üzvü, Multikulturalizm və vətəndaşlıq məsələləri üzrə sabiq nazir, York Universitetinin siyasi elmlər üzrə professoru Toni Ruprextin moderatorluğu ilə baş tutan tədbirdə Azərbaycan Evinin rəhbəri, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin sədri Lalin Həsənova, dünya şöhrətli azərbaycanlı alim, Azərbaycanın əməkdar elm xadimi, Humboldt və “Fields İnstitute Fellows” mükafatları laureatı Məsud Əfəndiyev çıxış ediblər.

 

 

 

Azərbaycanın multukultural ənənələrindən, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərindən, Azərbaycan Evində keçirilən tədbirlərdən söz açan natiqlər Türkiyə Baş konsulluğunun Kanadada həm ölkəsini layiqincə təmsil etdiyinə, həm də Sinem xanımın simasında Azərbaycan icmasına bəslənən doğma münasibətə diqqəti cəlb ediblər. Diplomatik fəaliyyətini Ankarada davam etdirəcək, fədakar əməyi və Azərbaycan sevgisi ilə seçilən Sinem xanımın dönüşü Türkiyə diplomasiyası üçün böyük üstünlük adlandırılıb və Sinem xanıma bundan sonrakı karyerasında uğurlar arzu edilib.

Müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” fikrini və Prezident İlham Əliyevin “Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur” fikrini xatırladan professor Məsud Əfəndiyev çıxışını Azərbaycanın və türk dünyasının görkəmli şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindəki “Ana yurdda yuva qurdum, ata yurda könül verdim, Ana yurdum, ata yurdum – Azərbaycan-Türkiyə” misraları ilə yekunlaşdırıb.

 

 

 

 

Baş konsul Sinem Mingan ona göstərilən bu diqqət və hörmət üçün qardaş Azərbaycan dövlətinə, Torontodakı Azərbaycan Evinə və bütün görüş iştirakçılarına minnətdarlığını bildirib.

Azərbaycan Evinin adından Sinem xanıma xatirə hədiyyələri təqdim edilib.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/torontodaki-azerbaycan-evinde-turkiyeli-diplomatla-vida-gorusu-teskil-edilib-3313

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ