Tarım ve Gıda Gazetesi

SON DAKİKA

20:28 - Birleşik Rusya, emek alanındaki hakların korunması konularını ele alan bir haftalık vatandaş resepsiyonları düzenliyor

18:03 - «Единая Россия» проводит неделю приёмов граждан по вопросам защиты прав в трудовой сфере

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

Tanınmış azərbaycanlı xoreoqraf Mais Nuriyevin İtaliyada möhtəşəm yaradıcılıq gecəsi keçirilib

05 Haziran 2024 |
Tanınmış azərbaycanlı xoreoqraf Mais Nuriyevin İtaliyada möhtəşəm yaradıcılıq gecəsi keçirilib

Tanınmış azərbaycanlı xoreoqraf Mais Nuriyevin İtaliyada möhtəşəm yaradıcılıq gecəsi keçirilib

2024

Tanınmış azərbaycanlı xoreoqraf Mais Nuriyevin İtaliyada möhtəşəm yaradıcılıq gecəsi keçirilib

 

 

 

İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf, Milanda “Aida ” və “Orizon” Rəqs Akademiyasının və Milan Konservatoriyasının professoru Mais Nuriyevin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. “Cinema Teatro Manzoni”də keçirilən gecədə Busto-Qarolfonun meri Sindako Suzanna Biondi, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycan icmasının üzvləri, yerli ictimaiyyətin nümayəndələri, tanınmış teatr xadimləri iştirak ediblər.

Yüzlərlə insanın qatıldığı tədbir çərçivəsində Mais Nuriyevin İtalyan tələbələrindən ibarət rəqs qrupunun Azərbaycan musiqilərini ifa etmələri böyük maraq və sevinc hissi ilə qarşılanıb. Xoreoqrafın müxtəlif xarici ölkələrdə yaşayan tələbələri noyabr ayından etibarən ustadlarının yaradıcılıq gecəsinə hazırlaşıblar.

Busto-Qarolfonun meri Sindako Suzanna Biondi çıxış edərək tədbir iştirakçılarını salamlayıb və məşhur xoreoqraf Mais Nuriyevə öz ürək sözlərini çatdırıb. Milanın məşhur opera teatrının keçmiş bədii rəhbəri Cüzeppe Karboni də diaspor fəalımız Mais Nuriyevi təbrik edərək, öz xoş arzularını bildirib.

Mais Nuriyevə həsr olunmuş “Azərbaycan! Qardaşım, Sağ ol!” əsərini müəllifin özü – Milan konservatoriyasının keçmiş professoru, tanınmış musiqiçi David Qualtierinin ifa etməsini tamaşaçılar böyük maraq və alqışlarla qarşılayıblar. Daha sonra Mais Nuriyevin yaradıcılığına həsr olunmuş film göstərilib.

Qeyd edək ki, Mais Nuriyevin uzun illərlə yetişdirdiyi rəqqaslar məhz onun yaradıcılıq gecəsində iştirak üçün yenidən səhnəyə qayıdıb, müxtəlif rəqsləri ifa ediblər. Bəzi xarici ölkələrdə yaşayan tələbələri isə Mais Nuriyevə video-təbriklərini ünvanlayıblar. Tələbələri sonda Mais Nuriyevi səhnəyə dəvət edib, sürəkli alqışlarla ona öz təbriklərini çatdırıblar.

Tədbirdə bir çox beynəlxalq rəqs müsabiqələrində münsiflər heyətinin və San-Remo müsabiqəsinin münsiflər heyətinin üzvləri də iştirak ediblər.

Yaradıcılıq gecəsində İtaliya ictimaiyyətinin Azərbaycan musiqisinə sonsuz sevgisi daha qabarıq hiss olunub, iki ölkənin sənət adamlarının mədəniyyətin gücü ilə ölkələrimiz arasında dostluq körpüsü qurduğu diqqəti cəlb edib.

Çıxışlarda dəfələrlə beynəlxalq müsabiqələrin münsiflər heyətinə iştirak edən Mais Nuriyevin Avropada Azərbaycan mədəniyyətini uğurla təmsil etməsi, müxtəlif xalqların rəqslərini səhnələşdirməsi barədə danışılıb, onun zəngin yaradıcılıq nümunələri nümayiş olunub. Rəqsin dili ilə danışan xoreoqrafın geniş yaradıcılığı vərəqlənib, beynəlxalq festivallarda İtaliya və Azərbaycanı uğurla təmsil etməsi təqdir olunub. Tamaşaçılar soydaşımızı ayaq üstə alqışlayıblar.

Qeyd edək ki, Azərbaycanın mədəni sərvəti olan xalq rəqsləri sənətinin beynəlxalq aləmdə təbliği, İtaliyada diaspor fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində çox əhəmiyyətli işlər görmüş Mais Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar artisti” fəxri adına və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülüb, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub. İstedadlı xoreoqraf bu il San-Remo Beynəlxalq Rəqs Müsabiqəsinin münsiflər heyətində də təmsil olunub.

FOTO QALEREYA

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/taninmis-azerbaycanli-xoreoqraf-mais-nuriyevin-italiyada-mohtesem-yaradiciliq-gecesi-kecirilib-4785

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ