Tarım ve Gıda Gazetesi

SON DAKİKA

18:03 - «Единая Россия» проводит неделю приёмов граждан по вопросам защиты прав в трудовой сфере

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

Strasburqda Heydər Əliyevin yubileyinə həsr olunmuş klassik musiqi gecəsi təşkil edilib

16 Mayıs 2023 |
Strasburqda Heydər Əliyevin yubileyinə həsr olunmuş klassik musiqi gecəsi təşkil edilib

 

 

Strasburqda Heydər Əliyevin yubileyinə həsr olunmuş klassik musiqi gecəsi təşkil edilib

2023
Strasburqda Heydər Əliyevin yubileyinə həsr olunmuş klassik musiqi gecəsi təşkil edilib
Fransanın Strasburq şəhərində yerləşən Musiqi və Konqres Sarayında müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə klassik konsert gecəsi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Avropa Şurasının rəsmiləri, Strasburqdakı diplomatik korpusun, yerli ictimaiyyətin, akademik dairələrin təmsilçiləri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Konsertdən öncə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış ediblər. Bildirilib ki, unudulmaz şəxsiyyət Heydər Əliyev bütün ömrü boyu xalqına və vətəninə xidmət edib. Xalqımızın taleyüklü anlarında məsuliyyəti üzərinə götürərək Azərbaycanı tərəqqi və inkişaf yoluna çıxarıb, müasir Azərbaycan dövlətinin müstəqilliyinin dönməzliyinin təmin olunması naminə yorulmadan çalışıb. Məhz Heydər Əliyevin rəhbərliyi altında ölkəmizin 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunduğu, üzvlükdən öncə 1997-ci ildə Avropa Şurasının dövlət və hökumət başçılarının II Zirvə Görüşündə müstəqil Azərbaycan dövlətini ulu öndərin təmsil etdiyi yada salınıb. Azərbaycan xalqının öz görkəmli övladının xidmətlərini unutmadığı, xatirəsini ehtiramla yad etdiyi nəzərə çatdırılıb.

 

 

 

Klassik musiqi gecəsində Bakı Kamera Orkestrinin müşayiəti ilə Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və xalq artisti Yeganə Axundova çıxış ediblər. Tanınmış musiqiçilərin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət zəngin musiqi proqramı təqdim olunub. Orkestri dirijor, əməkdar artist Fuad İbrahimov idarə edib.

Alqışlarla qarşılanan konsert proqramı vokalçı Orxan Cəlilovun ifasında Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı ilə yekunlaşıb.

 

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/strasburqda-heyder-eliyevin-yubileyine-hesr-olunmus-klassik-musiqi-gecesi-teskil-edilib-2948

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ