Tarım ve Gıda Gazetesi

SON DAKİKA

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

20:15 - ASFA HOLDİNG YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

Nazir Ceyhun Bayramovun Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru Berek Eren ilə görüşünə dair mətbuat məlumatı

07 Mayıs 2024 |
Nazir Ceyhun Bayramovun Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru Berek Eren ilə görüşünə dair mətbuat məlumatı

No:208/24, Nazir Ceyhun Bayramovun Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru Berek Eren ilə görüşünə dair mətbuat məlumatı

 

 

 

4 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bancul Sammitində iştirakı çərçivəsində Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Berek Eren ilə görüşüb.

 

Görüş zamanı Azərbaycan və IOFS arasında əməkdaşlıq imkanları, ölkəmizin beynəlxalq yardım proqramları müzakirə edilib.

 

 

 

Nazir Ceyhun Bayramov ölkəmizin İƏT çərçivəsində müxtəlif sahələr üzrə ixtisaslaşmış qurumlar ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

 

Azərbaycanın donor dövlət kimi beynəlxalq yardım fəaliyyəti barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, qida təhlükəsizliyi kimi vacib bir çağırış üzrə qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini qeyd edib.

 

Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi fonunda, qida təhlükəsizliyi sahəsinin iqlim dəyişikliyi ilə bağlılığını nəzərə alaraq, COP29 çərçivəsində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin faydalı ola biləcəyi diqqətə çatdırılıb.

 

Baş direktor Berek Eren öz növbəsində Azərbaycana İƏT çərçivəsində aktiv fəaliyyət və töhfələrinə görə təşəkkür edərək, IOFS-nin missiya və proqramlarından bəhs edib.

 

 

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Paylaş
BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no20824

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ