Tarım ve Gıda Gazetesi

SON DAKİKA

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

20:15 - ASFA HOLDİNG YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

Nazir Ceyhun Bayramovun Latviyanın Azərbaycandakı yeni səfiri Edqars Skuya ilə görüşünə dair mətbuat məlumatı

05 Ekim 2023 |
Nazir Ceyhun Bayramovun Latviyanın Azərbaycandakı yeni səfiri Edqars Skuya ilə görüşünə dair mətbuat məlumatı

 

 

 

No:562/23, Nazir Ceyhun Bayramovun Latviyanın Azərbaycandakı yeni səfiri Edqars Skuya ilə görüşünə dair mətbuat məlumatı

 

 

 

2 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Latviya Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin edilmiş səfiri Edqars Skuyanı qəbul edib.

 

Səfir Edqars Skuya ilk növbədə etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

 

 

 

Nazir Ceyhun Bayramov səfir Edqars Skuyanı təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

 

 

Görüşdə, Azərbaycan və Latviya arasında əməkdaşlıq məsələləri, habelə cari regional vəziyyət müzakirə olunub.

 

 

 

Nazir Ceyhun Bayramov, Azərbaycan və Latviya arasında mövcud münasibətlərin 2017-ci ildə “Strateji Tərəfdaşlığın Yaradılması haqqında birgə Bəyannamə”nin imzalanması və icrası nəticəsində inkişafından məmnunluqla bəhs edərək, bu xüsusda, iki ölkə arasında siyasi dialoq, qarşılıqlı səfərlər və təmasların əlaqələrin daha da genişləndirilməsinə təkan verdiyini qeyd edib.

 

Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunacağı növbəti il ərzində də iki ölkə arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, ticarət, nəqliyyat, humanitar və s. sahələr üzrə əməkdaşlığın inkişafı üçün fəaliyyətin gücləndirilməsinin vacibliyi vurğulanıb.

 

 

 

Nazir Ceyhun Bayramov ərazilərimizin 30 ilə yaxın müddətdə işğalı, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi,habelə ölkəmizin sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

 

30 illik işğal dövründən qalma qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan tərəfindən aparılan anti-terror tədbirləri nəticəsində bölgədən çıxarıldığı, hazırda isə onların tərksilah prosesinin yekunlaşdığı diqqətə çatdırılıb.

 

 

 

Qanunsuz erməni silahlı qüvvələrinin varlığına son qoyulmasının öz növbəsində həm Azərbaycan və Ermənistan arasında sülh prosesi, həm də Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə reinteqrasiya prosesinin irəlilədilməsi üçün imkanlar yaratdığı, bu xüsusda, Azərbaycanın hər iki istiqamət üzrə səyləri gücləndirməkdə qərarlı olduğu diqqətə çatdırılıb.

 

 

 

Səfir Edqars Skuya səmimi qəbula görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan və Latviya arasında münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no56223

 

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ