Tarım ve Gıda Gazetesi

SON DAKİKA

22:40 - İçişleri Bakanlığı’nda Devlet Bakanı ile görüşme

22:40 - Meeting with the Minister of State at the Home Office

22:39 - В Амурской области при поддержке «Единой России» стартовал проект «Педагог с нашего двора»

22:39 - Bryansk’ta “Kentsel Çevre” parti projesinin desteğiyle Bryansk Cephesi askerlerine adanan askeri anıt güncellendi

22:10 - Halkın “Birleşik Rusya” programına ve ulusal “Demografi” projesine göre Primorsky Bölgesi Luchegorsk’ta modern bir kürek üssü inşa edildi

22:09 - Amur bölgesinde Birleşik Rusya’nın desteğiyle “Arka Bahçemizden Öğretmen” projesi başlatıldı

22:09 - В Брянске при поддержке партпроекта «Городская среда» обновили воинский мемориал, посвящённый воинам Брянского фронта

15:17 - Современную гребную базу построили в Лучегорске Приморского края по народной программе «Единой России» и нацпроекту «Демография»

13:45 - В Мурманской области «Единая Россия» организовала для школьников поездку к мемориалу «Долина Славы»

13:45 - Murmansk bölgesinde Birleşik Rusya, okul çocukları için Zafer Vadisi anıtına bir gezi düzenledi

Moskvadakı Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyasında ədəbi-bədii gecə təşkil edilib

07 Şubat 2023 |
Moskvadakı Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyasında ədəbi-bədii gecə təşkil edilib

 

 

 

 

Moskvadakı Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyasında ədəbi-bədii gecə təşkil edilib

, 2023
Moskvadakı Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyasında ədəbi-bədii gecə təşkil edilib
Rusiya Xalqlar Dostluğu Universitetinin Filologiya fakültəsinin Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyasında müxtəlif xalqların böyük şairlərinin şeirlərinə həsr olunmuş “Şeirlər – dostluq körpüsü” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbir RUDN Universitetinin Filologiya fakültəsinin dəstəyi və universitetin “Dostluq” Azərbaycan Tələbələri İcmasının təşkilatçılığı ilə baş tutub.

Tədbir iştirakçılarını salamlayan filologiya fakültəsinin dosenti Anar Həsənov bildirib ki, ədəbiyyat millətlərarası münasibətlərə təsir edən mühüm sahədir. “Biz müxtəlif platformalarda xalqların ədəbi əlaqələri haqqında daha çox danışmalıyıq. Çünki bu, millətlərarası harmoniyanı birləşdirir və möhkəmləndirir. Sizin ədəbi gecəniz də bu uca məqsədə xidmət edir”.

Sonra Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü, şairə Afaq Şıxlı, Humanitar-ictimai elmlər fakültəsinin baş müəllimi Mirmehdi Ağazadə, RUDN “Dostluq” Azərbaycan Tələbələri İcmasının rəhbəri, Tibb Universitetinin II kurs tələbəsi Hüseyn Cəfərov çıxış ediblər.

Qeyd edilib ki, Azərbaycan ədəbiyyatını təbliğ edən tələbələr hər zaman Moskvadakı azərbaycanlı yazıçıların və filoloqların dəstəyinə arxalana bilərlər. “Vətənini, xalqını, mədəniyyətini həqiqətən tanıyan, bunu hiss edən, həyatının hər gününü xalqın və ölkənin taleyi ilə bağlayan tələbələrə genişmiqyaslı dəstək göstərilməlidir. Bu, onların, sözün yaxşı mənasında, öz ölkələrinin müdafiəçiləri və natiqləri olmaları üçün mühüm amildir”, – deyə Afaq Şıxlı vurğulayıb.

Tədbir ədəbiyyatın müasir dünyada universal dostluq dili kimi əhəmiyyəti barədə fikir mübadiləsinin aparılması ilə davam edib. “Dostluq” Azərbaycan tələbələri icmasının nümayəndələri Azərbaycan ədəbiyyatına, xüsusilə də qüdrətli söz ustadı Nizami Gəncəvinin yaradıcılığına dair fikirlərini nəzərə çatdırıblar.

Tələbələrin ifasında Azərbaycan və rus dillərində Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Səməd Vurğunun və Aleksandr Puşkinin şeirləri səsləndirilib.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/moskvadaki-nizami-gencevi-adina-azerbaycan-edebiyyati-auditoriyasinda-edebi-bedii-gece-teskil-edilib-2327

 

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT
İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ