Tarım ve Gıda Gazetesi

SON DAKİKA

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

20:15 - ASFA HOLDİNG YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

Misirdəki Azərbaycan icması iftar süfrəsində bir araya gəlib

04 Nisan 2024 |
Misirdəki Azərbaycan icması iftar süfrəsində bir araya gəlib

Misirdəki Azərbaycan icması iftar süfrəsində bir araya gəlib

2024

 

 

 

 

Misirdəki Azərbaycan icması iftar süfrəsində bir araya gəlib

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, həmçinin onların ailə üzvləri, Dostluq Cəmiyyətinin təsisçiləri və Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları müqəddəs Ramazan ayında iftar süfrəsi arxasına toplaşıblar.

Tədbir iştirakçılarını salamlayan Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan Diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov son illər ölkələrimiz arasında əlaqələrin sürətli inkişafından, Azərbaycan diasporunun, eyni zamanda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən bəhs edib.

Azərbaycanın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov bildirib ki, Ramazan adət-ənənələri sovet repressiyalarına baxmayaraq, xalqımız tərəfindən qorunub saxlanılıb. O qeyd edib ki, müstəqil Azərbaycan bütün dünyada multikulturalizm və tolerantlıq modeli kimi tanınır, ölkədə yaşayan bütün xalqlar və dini konfessiyalara hörmətlə yanaşılır. Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmiz dini və etnik əmin-amanlıq məkanına çevrilib. Diasporumuzun keçirdiyi tədbirlərdə ölkəmizə dost münasibəti bəsləyən yerli ictimaiyyətin nümayəndələrinin də iştirak etməsini təqdirəlayiq hal kimi dəyərləndirən diplomat Azərbaycanın dostlarının Misirdə ölkəmizin təbliğ edilməsində böyük rol oynadıqlarını bildirib.

Tədbirdə çıxış edən qonaqlar Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycan diasporunun iki xalq arasında münasibətlərin inkişafına böyük töhfələr verdiyini nəzərə çatdırıblar.

Qeyd edək ki, hazırda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki kurslarda Azərbaycan dili ilə yanaşı, müxtəlif fənlər üzrə 57 ölkədən 600-dən çox gənc ödənişsiz təhsil alır.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/misirdeki-azerbaycan-icmasi-iftar-sufresinde-bir-araya-gelib-4489

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ