Tarım ve Gıda Gazetesi

SON DAKİKA

22:40 - İçişleri Bakanlığı’nda Devlet Bakanı ile görüşme

22:40 - Meeting with the Minister of State at the Home Office

22:39 - В Амурской области при поддержке «Единой России» стартовал проект «Педагог с нашего двора»

22:39 - Bryansk’ta “Kentsel Çevre” parti projesinin desteğiyle Bryansk Cephesi askerlerine adanan askeri anıt güncellendi

22:10 - Halkın “Birleşik Rusya” programına ve ulusal “Demografi” projesine göre Primorsky Bölgesi Luchegorsk’ta modern bir kürek üssü inşa edildi

22:09 - Amur bölgesinde Birleşik Rusya’nın desteğiyle “Arka Bahçemizden Öğretmen” projesi başlatıldı

22:09 - В Брянске при поддержке партпроекта «Городская среда» обновили воинский мемориал, посвящённый воинам Брянского фронта

15:17 - Современную гребную базу построили в Лучегорске Приморского края по народной программе «Единой России» и нацпроекту «Демография»

13:45 - В Мурманской области «Единая Россия» организовала для школьников поездку к мемориалу «Долина Славы»

13:45 - Murmansk bölgesinde Birleşik Rusya, okul çocukları için Zafer Vadisi anıtına bir gezi düzenledi

İsraildə Xocalı soyqırımı ilə bağlı anım tədbiri təşkil edilib

01 Mart 2023 |
İsraildə Xocalı soyqırımı ilə bağlı anım tədbiri təşkil edilib

 

 

 

İsraildə Xocalı soyqırımı ilə bağlı anım tədbiri təşkil edilib
, 2023
İsraildə Xocalı soyqırımı ilə bağlı anım tədbiri təşkil edilib

İsrailin şimalında yerləşən “İsrael” kibutsasında Xocalı soyqırımının 31-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan tədbiri “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü Yeganə Salman açıb. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən Xocalıda dinc və günahsız azərbaycanlılara qarşı xüsusi amansızlıqla törədilmiş kütləvi qırğın barədə ətraflı məlumat verib. “Bu faciənin və erməni separatçılarının bütün cinayətkar əməllərinin bir məqsədi var idi – Azərbaycan ərazilərini qəddarlıq və güc tətbiq etməklə istənilən yolla işğal etmək”, – deyə Y.Salman vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azərbaycan tarixi” seriyası çərçivəsində hazırlanmış “Xocalıda soyqırımı” sənədli filminin nümayişindən sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Maalot-Tarşixa şəhərinin meri Arkadi Pomerants çoxəsrlik tolerantlıq ənənələri ilə həmişə şöhrət qazanmış çoxmillətli Azərbaycanda doğulub boya-başa çatdığını, Azərbaycandakı ənənələr və prinsiplər əsasında tərbiyə aldığını bildirib. Hazırda yəhudilərin, ərəblərin və digər millətlərin nümayəndələrinin yaşadığı bir şəhərin meri olduğunu söyləyən Arkadi Pomerants öz fəaliyyətində həmin təcrübədən də istifadə etdiyini söyləyib.

Tədbirin bədii hissəsində Azərbaycandan gələn pianoçu, beynəlxalq müsabiqələr laureatı Nərmin Rzayeva çıxış edib. O, Azərbaycan və Avropa bəstəkarları Lüdviq van Bethoven, Frederik Şopen, Vaqif Mustafazadə və Faiq Sücəddinovun əsərlərini təqdim edib. “İsrael” kibutsası nəzdindəki konservatoriyanın saksafonçular qrupu isə bəstəkar Povolotskinin İsrailin müstəqilliyi uğrunda canlarından keçmiş hərbçilərə ithaf etdiyi “Qəhrəmanlıq balladası”nı və Azərbaycan xalq mahnılarını ifa ediblər.

Tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, nişanlar və “Sonsuz dəhliz” filminin diskləri paylanıb.

Tədbirin sonunda “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak yaddaqalan gecənin təşkilində göstərdiyi köməyə görə kibutsanın rəhbərliyinə təşəkkür edib, tədbirin aparıcısı, kibutsa nəzdindəki konservatoriyanın direktoru Stas Qavrilova Nizami Gəncəvinin əsərlərinin ivrit dilində çap olunmuş illüstrasiyalı üçcildliyini hədiyyə edib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/israilde-xocali-soyqirimi-ile-bagli-anim-tedbiri-teskil-edilib-2483

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT
İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ