Tarım ve Gıda Gazetesi

SON DAKİKA

“Həmrəylik 2024 – Yay Düşərgəsi” başa çatıb

10 Ağustos 2024 |
“Həmrəylik 2024 – Yay Düşərgəsi” başa çatıb

“Həmrəylik 2024 – Yay Düşərgəsi” başa çatıb

2024

“Həmrəylik 2024 – Yay Düşərgəsi” başa çatıb

 

https://x.com/DiasporaAz/status/1821906303729475716

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin təşkilatçılığı ilə Gürcüstanın Telavi şəhərində baş tutan üç günlük “Həmrəylik 2024 – Yay Düşərgəsi” başa çatıb.

 

https://x.com/DiasporaAz/status/1821906303729475716

Düşərgədə Marneuli, Dmanisi, Bolnisi, Qardabani, Saqareco və Tbilisidən 70 nəfərdən çox gənc və QHT rəhbərləri iştirak edib.

 

https://x.com/DiasporaAz/status/1821906303729475716

Düşərgənin iştirakçıları və rəhbərlər əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Tbilisidəki büstünü ziyarət edib, gül dəstələri qoyublar.

İştirakçılar düşərgənin ilk günü şəhərin tarixi yerlərini və Telavi Tarixi Muzeyini ziyarət ediblər.

Sonra gənclərə “Pineo Medical Ecosystem” klinikasının lektoru və kardioloqu Linda Mustafayeva “Ürək, risk faktorları və xəstəlikləri” adlı təlim keçib, o cümlədən tibb sahəsində məlumat verib. Nutrisioloq Şahəndə Süleymanova “Düzgün qidalanma və zərərli vərdişlər” mövzusunda düşərgə iştirakçılarına təlim keçib. Hər iki təlim proqramı sual-cavab formatında yekunlaşıb.

 

https://x.com/DiasporaAz/status/1821906303729475716

Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Şəfəq Binnətova Komitənin təşkilati dəstəyi ilə Gürcüstanda fəaliyyət göstərən yay düşərgəsinin ikinci ildir keçirildiyini bildirib. İlk dəfə bu düşərgənin Ulu Öndər Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə “Regional Gənclər Şəbəkəsi – Borjomi 2023” adlı layihəyə uyğun olaraq keçirildiyini xatırladıb. Düşərgənin iştirakçılar üçün faydalı olacağına ümid bəslədiklərini bildirib.

Komitə əməkdaşı, həmçinin 1-7 avqust tarixində Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsi barədə də məlumat verib. O qeyd edib ki, Gürcüstandan düşərgəyə 6 gənc qatılıb.

Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin təsisçilərindən Leyla Əmrahova düşərgədə gənclərin ən çox maraqlandığı sahələrdə, o cümlədən tibb, təhsil və media sahələrində təlimlər keçirildiyini söyləyib.

Mərkəzin icraçı direktoru Rəna Hüseynova düşərgənin təşkilindəki məqsədin Gürcüstandakı Azərbaycan Evlərində tədris alan yeniyetmə və gənclər arasında kommunikasiyanın qurulması, gənclərin inkişafı və onları maraqlandıran sahələrdə təlimlərin keçirilməsi olduğunu bildirib.

Foto qalereya

 

 

https://x.com/DiasporaAz/status/1821906303729475716

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər

kaynak:https://diaspor.gov.az/az/news-detail/quot-hemreylik-2024-yay-dusergesi-quot-basa-catib-4992

 

 

https://x.com/DiasporaAz/status/1821906303729475716

, , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,

Etiketler :
HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ