Tarım ve Gıda Gazetesi

SON DAKİKA

15:37 - US-SEN Genel Başkanı Bekir Ayaz’dan Kuzey Makedonya Emniyet Müdürü’ne Ziyaret

14:49 - «Молодая Гвардия Единой России» передала военным и врачам в новых регионах более 15 тонн гуманитарной помощи

12:24 - Alexander Kozlov: “Konut ve Kamu Hizmetleri Okulu” parti projesi, konut ve kamu hizmetleri sektöründe VARMSU ile iş birliğini genişletecek

10:47 - Birleşik Rusya, “Zemsky Postacısı” Tüm Rusya yarışmasını düzenleyecek

08:21 - «Единая Россия» проведёт Всероссийский конкурс «Земский почтальон»

23:29 - MURAT ÇOBANOĞLU`NDAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

21:52 - رسالة من رئيس مجلس إدارة شركة أسفا القابضة أساف أتاسوي بشأن الموافقة على النشيد الوطني ليوم 12 مارس ويوم ذكرى محمد عاكف أرسوي

21:05 - MESSAGE FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD OF DIRECTORS ASAF ATASOY ON THE APPROVAL OF THE MARCH 12 NATIONAL ANTHEM AND MEHMET AKIF ERSOY MEMORIAL DAY

20:15 - TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

20:15 - ASFA HOLDİNG YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN 12 MART İSTİKLÂL MARŞININ KABULÜ VE MEHMET AKİF ERSOY’U ANMA GÜNÜ MESAJI

Gürcüstanda Xocalı soyqırımına həsr olunan tədbirlər davam edir

Gürcüstanda Xocalı soyqırımına həsr olunan tədbirlər davam edir.

05 Mart 2025 |
Gürcüstanda Xocalı soyqırımına həsr olunan tədbirlər davam edir

Gürcüstanda Xocalı soyqırımına həsr olunan tədbirlər davam edir

4 mart, 2025

Gürcüstanda Xocalı soyqırımına həsr olunan tədbirlər davam edir

 

https://x.com/DiasporaAz/status/1896838400235500011

 

Gürcüstanın Saqareco rayonunun Yor-Muğanlı (Qaraçöp mahalı) kəndində fəaliyyət göstərən Parlaq Gələcək Tədris Mərkəzində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Dağılan Xocalı, dirilən Xocalı” adlı anım tədbiri keçirilib. Tədbirdə Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Şəfəq Binnətova, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Cavid Məhərrəmov, Mərkəzin müəllim və şagirdləri iştirak ediblər. Öncə soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərkəzin şagirdləri qanlı Xocalı hadisəsini əks etdirən öz rəsm əsərlərini nümayiş etdirib, şeirlər səsləndiriblər. Azərbaycan dili və ədəbiyyat müəllimi Durna Mərdanova faciə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Tarixçi Dilqəm Əlləzov gənclərə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı nəticəsində 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 nəfərin qətlə yetirildiyini, o cümlədən 1 275 dinc sakinin əsir götürüldüyünü, 8 ailənin bütünlüklə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyini diqqətə çatdırıb. Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş film nümayiş olunub.

 

https://x.com/DiasporaAz/status/1896838400235500011

 

Laqodexi rayonunda fəaliyyət göstərən “Qabal İnkişaf Mərkəzi”ndə Xocalı soyqırımının 33-cü ildönümü anılıb. Əvvəlcə soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin rəhbəri Yavər Məmmədov çıxış edərək Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Çoxlu sayda mülki insanın, əsasən də uşaqların və qadınların xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların dəhşətli işgəncəyə, zülmə və təhqirlərə məruz qaldığını diqqətə çatdırıb. Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını alaraq şəhidlərimizin qanını yerdə qoymadığını söyləyib. Mərkəzin gürcü dili müəllimi Tamilla Barbakadze öz çıxışında soyqırımın dəhşətli nəticələrindən bəhs edib. Qazi Aqil Almazovun anası Çimnaz Almazova Şəhid analarının qarşısında baş əydiyini deyib. Daha sonra məktəblilər Xocalı mövzusunda rəsm əsərlərini nümayiş etdirib, soyqırımına həsr etdikləri hekayələrini və şeirlərini səsləndiriblər.

 

https://x.com/DiasporaAz/status/1896838400235500011

 

 

Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan məlumatlandırıcı aksiya keçirilib. Aksiya çərçivəsində Mərkəzin hazırladığı Xocalı soyqırımından bəhs edən gürcü və ingilis dillərində açıqçalar şəhər sakinlərinə və qonaqlara paylanılıb, şəhər ictimaiyyətinin nümayəndələrinə soyqırımı ilə bağlı məlumat verilib. Açıqcalarda erməni cəlladların Xocalıda törətdiyi misli görünməmiş cinayətlər barədə məlumatlar əksini tapıb.

Foto qalereya

 

 

 

 

 

 

https://x.com/DiasporaAz/status/1896838400235500011

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər

kaynak:https://diaspor.gov.az/az/news-detail/gurcustanda-xocali-soyqirimina-hesr-olunan-tedbirler-davam-edir-5605

 

 

https://x.com/DiasporaAz/status/1896838400235500011

HABER HAKKINDA GÖRÜŞ BELİRT
YASAL UYARI! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen kişiye aittir.
İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ