Tarım ve Gıda Gazetesi

SON DAKİKA

Budapeşt Azərbaycan Evində “Partlayışa az qalmış…” tamaşası təqdim olunub

24 Ocak 2023 |
Budapeşt Azərbaycan Evində “Partlayışa az qalmış…” tamaşası təqdim olunub

 

 

 

Budapeşt Azərbaycan Evində “Partlayışa az qalmış…” tamaşası təqdim olunub

, 2023

Budapeşt Azərbaycan Evində “Partlayışa az qalmış…” tamaşası təqdim olunub

Macarıstanın paytaxtı Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib.

Əvvəlcə ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli xatırladıb ki, 33 il əvvəl – yanvarın 19-dan 20-nə keçən gecə baş verən faciə Azərbaycan xalqı üçün unudulmaz tarixdir. Qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar faciəsinin müasir tariximizə həm də qəhrəmanlıq səhifəsi kimi yazıldığı və Azərbaycanın gələcək taleyinə mühüm təsir göstərən dönüş nöqtəsi olduğu vurğulanıb.

Tədbirin birinci hissəsində gənc soydaşımız Nazim Musabəylinin ssenari müəllifi və rejissoru olduğu “Partlayışa az qalmış…” adlı kiçik həcmli tamaşa nümayiş etdirilib. Tamaşada rolları Kamal Aslan, Ləman Əlizadə, Həsən Xəlilov və Budapeşt Rus Teatrının aktrisası Valeriya Antonova, həmçinin müəllifin özü canlandırıb. Müəllifin Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasından ilhamlanaraq qələmə aldığı əsərdə sovet ordusunun Bakıya girməsinə az qalmış, 19 yanvar axşamı bir mənzildə yaşananlardan bəhs edilib.

Tədbirin ikinci hissəsində Macarıstanda yaşayan soydaşımız Elnur Namazovun ifasında şəhidlərimizə həsr olunmuş mahnılar səsləndirilib və 20 Yanvar hadisələrindən bəhs edən “Mən qardaşımı axtarıram” adlı qısametrajlı film nümayiş olunub.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə yekunlaşıb.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/budapest-azerbaycan-evinde-partlayisa-az-qalmis-tamasasi-teqdim-olunub-2226

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ