Tarım ve Gıda Gazetesi

SON DAKİKA

Komitə sədri Dağıstanın Azərbaycan icmasının nümayəndələrini qəbul edib

13 Ekim 2023 |
Komitə sədri Dağıstanın Azərbaycan icmasının nümayəndələrini qəbul edib

 

 

 

 

Komitə sədri Dağıstanın Azərbaycan icmasının nümayəndələrini qəbul edib

, 2023

 

 

 

 

Komitə sədri Dağıstanın Azərbaycan icmasının nümayəndələrini qəbul edib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Bakıda səfərdə olan Dağıstan Respublikasının Azərbaycan icmasının nümayəndə heyətini qəbul edib.

 

 

 

 

Qonaqları səmimi salamlayan Komitə sədri bu səfərin əlamətdar bir vaxta – həm Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, həm də Dağıstan xalqının böyük oğlu Rəsul Həmzətovun 100 illik yubileyləri ilinə təsadüf etdiyini bildirib.

 

 

 

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq münasibətlərinin günü-gündən dərinləşdiyini deyən sədr bu amilin Dağıstan-Azərbaycan əlaqələrinin inkişafına təkan verdiyini vurğulayıb. Görkəmli dövlət xadimi, Azərbaycanın böyük oğlu Əziz Əliyevin Dağıstana rəhbərlik edərkən yerli xalqları sürgün olunmaqdan xilas etdiyi, pandemiya başlayarkən Rusiya-Azərbaycan sərhədində qalmış azərbaycanlılara yerli hakimiyyət orqanları ilə yanaşı, Dağıstan xalqının da yardım əlini uzatdığı məmnunluqla xatırlanıb.

 

 

 

Səmimi qəbula görə təşəkkür edən qonaqlar Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması münasibətilə Azərbaycan xalqını təbrik edib, bu tarixi Zəfərə imza atmış Müzəffər Ali Baş Komandan İlham Əliyevin və şəhidlərimizin xidmətlərinin heç vaxt unudulmayacağını bildiriblər. Eyni zamanda onları maraqlandıran məsələlərlə bağlı fikirlərini çatdırıblar.

Görüşün sonunda xatirə şəkli çəkilib.

 

 

 

Qeyd edək ki, cari ilin fevral ayında Bakı şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar əlaqələr üzrə Hökumətlərarası Komissiyanın iclasında əməkdaşlığın əsas istiqamətləri üzrə tədbirlər planı təsdiq olunub. Azərbaycan tərəfdən humanitar istiqamət üzrə icraçılardan biri Diasporla İş üzrə Dövlət Komitəsi olub. Plana əsasən, Dağıstanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin, Azərbaycanda isə Dağıstanın görkəmli ictimai-siyasi xadimi, şair və yazıçı Rəsul Həmzətovun 100 illik yubileyinin qeyd olunması qərara alınıb. Yubiley tədbirində iştirak etmək üçün Dağıstan Respublikasının Azərbaycan icmasının nümayəndələri Bakıya gəlib.

 

 

 

 

Qonaqlar Bakıda Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib, ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirələrini ehtiramla yad ediblər.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

Kaynak:https://diaspor.gov.az/az/news-detail/komite-sedri-dagistanin-azerbaycan-icmasinin-numayendelerini-qebul-edib-3671

 

 

 

HABER HAKKINDA GÖRÜŞ BELİRT

Bu yazı yorumlara kapatılmıştır.

İLGİLİ HABERLER
POPÜLER HABERLER
SON DAKİKA HABERLERİ